Pişiklər haqqında çox maraqlı faktlar 1

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 23 661
Səs ver:
(səs: 5)
Pişikləri demək olar ki, hər birimiz sevirik. Olduqca cana yaxın olan bu heyvanlar, eyni zamanda özlərini sevdirməyi də bacarırlar. Bəs onlar haqqında 40 qəribə məlumat eşitməyə hazırsız?

1. Bəziləri 320 metr yüksəklikdən düşsə də, həyatlarına davam edə bilirlər.

2. Pişiklərin qulaqlarını kontrol edən 20 fərqli əzələ vardır.

3. Onlar həyatlarının 70 faizini yataraq keçirdirlər. Əbəs yerə deyil ki, çox yatan insanları pişiklərə bənzədirik.

4. Dilləri şirin dadı hiss edə bilmir.

5. Bir pişik sahibisinizsə iflic və infarkt olmaq riskiniz digər insanlarla müqayisədə 30 faiz daha aşağıdır.

6. Bu günə qədər yaşamış ən uzun pişik 123 sm olub

7. Pişiklərin eramızdan əvvəl 3600-cü ildən etibarən yaşadıqlarına dair faktlar var. Bu o deməkdir ki, onlar Misir fironlarından öncə mövcud idilər.

8. Yetişkin pişiklərin miyoldamasının tək səbəbi adətən insanlarla ünsiyyət qurmaq istəməsi olur.

9. Pişiyiniz sizə reaksiya verməsə narahat olmayın, əmin olun ki, o artıq sizin səsinizi tanıyır.

10. Onların çoxu laktoza qarşı həssasdır, buna görə də, süd verilməməsi lazımdır.

11. Bir mövzu var ki, bütün cizgi filmləri bizə yalan danışıb: pişiklər çiy balıq sevməzlər.

12. YouTube’dakı ən köhnə pişik videosu 1894-cü ildə çəkilmişdir.

13. Adətən dişi pişiklər sağ əllərini istifadə etsələr də, erkəklər solaxay olur.

14. İtlər cəmi 10 fərqli səs çıxarda bildiyi halda pişiklərdə bu rəqəm 100-dür.

15. Pişik beyni insan beyni ilə 90 faiz eynidir

16. Pişiklərin və insaların duyğuları beynin demək olar ki, eyni yeri tərəfindən kontrol edilir.

17. Pişiklərin uzun müddətli yaddaşı itlərdən daha güclüdür.

18. Üstdə oxuduğunuz məlumatın əksinə olaraq pişiklərin sosial zəkası itlərlə müqayisədə zəifdir.

19. Pişiklərin yaddaşı bir iPad’in təxminən 1000 qatı qədərdir.

20. Papa 8-ci Innocentius 15-ci əsrdə pişiklərin şeytani olduqlarını əsas gətirərək onları öldürmə əmri vermişdi.
(səs: 5)
Şərhlər: 3
Baxılıb: 23 661
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri