Pişiyinizi nə qədər tanıyırsınız?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 1 933
Səs ver:
(səs: 0)
Evlərin xoşbəxtliyi, pozitivliyi olan pişiklər qulaqdan caynağa qədər müəmmalı heyvanlardır. Bəzən sahibləri belə onları tam tanıya bilmir. Uzun müddətdir pişikləri araşdıran antrozooloqlar mənfəətgüdən, nankor, təkəbbürlü sayılan pişiklərin əslində sevimli, istiqanlı heyvanlar olduğunu deyirlər.

Dünyanın ən məşhur ev heyvanı pişikdir; evdə saxlanılan hər üç pişiyə bir it düşür. Çox insanın pişik saxlamasının əsas səbəbləri onların istiqanlı, özlərini sevdirəbilən və asan baxıla bilən olmasıdır. Pişikləri öyrətmədən də evdə bəsləmək mümkündür. Gün boyu evdə tək qala bilirlər və sahibləri evə qayıdanda onları sevgi ilə qarşılayırlar. Qısası, pişiklərlə həyat həm rahat, həm də gözəldir. Bunlarla yanaşı, pişikləri başa düşmək çətindir. Ancaq itlər daha dürüst və itaətkardırlar.

Pişiklərin insanlarla tanışlığı

Pişiyinizi nə qədər tanıyırsınız?

Pişiklərin ağlından nə keçdiyini başa düşmək, bəzi davranışlarının səbəblərini anlamaq asan deyil. İndi elm pişiklərlə insanlar arasında olan əlaqələri araşdırmaqla daha aydın nəticələr əldə etmək üçün çalışır. Pişik-insan münasibətləri çox qədimlərə dayanır. DNA araşdırmalarına əsasən ev heyvanları olan pişiklərin atası vəhşi ərəb pişiyi Felis silvestris libikadır. Bu heyvanın nəsli 10.000-15.000 il öncə orta şərqə aiddir. Vəhşi pişikləri ilk dəfə əhliləşdirən insanların Natufianlar olduğu deyilir. Onlar kənd təsərrüfatını ilk tapan insanlar sayılırlar, bu səbəbdən onların yaşadığı ərazi tez-tez siçanların axınına məruz qalırdı. Vəhşi pişiklər bu dəyərli yeməyi əldə etmək üçün insanların yaşayış məskənlərinə yaxınlaşırdılar. Pişiklərin taxıla zərər vermədiyini görən insanlar, pişiklərə evlərin ətrafında yaşamağa icazə verirdilər. Yumşaq tükləri, sevimli baxışları, müsbət enerjiləri sayəsində pişiklər getdikcə evlərimizə, hətta ürəyimizə yerləşməyə nail oldular.

Hələ də vəhşdilər



Pişiklər əhliləşdirilsələr də, hələ də öz vəhşi xüsusiyyətlərini özlərində saxlayırlar. Ancaq itlər və atlar əhliləşdiriləndən sonra zehni dəyişikliklər keçiriblər. Amma pişiklər vəhşi, ovçu xarakterlərini qoruyurlar. Digər heyvanlardan fərqli olaraq pişiklər heç vaxt öz həyatlarındakı idarəetməni əldən buraxmadılar. İstədikləri yerə istədikləri zaman gedə bildikləri kimi azadlığa sahibdirlər. Heç kəs evini qorumaq, sürüsünü mühafizə etmək və ovda ona kömək etmək üçün pişik saxlamaz. Pişiklər sizdən icazə almır.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 1 933
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri