Pişiyi ağrıyan nahiyənizdə oturdun, ağrınız azalacaq… - Sahibini xərçəngdən qurtaran heyvan

Müəllif: Love Angel
Şərhlər: 2
Baxılıb: 1 511
Səs ver:
(səs: 0)
Qərb ölkələrində demək olar ki, hər evdə ev heyvanı var və valideynlər körpə uşağın onlarla təmasından qaçmırlar. Lakin Şərq ölkələrində, həmçinin Azərbaycanda valideynlər övladlarını pişik və itlə oynamağa qoymur, "uşaqlara mikrob keçər" düşüncəsindədirlər. Lakin alimlər sübut edib ki, ev heyvanlarının şəfaverici gücü var: xüsusən də pişiyin.

Qadınla.com xəbər verir ki, elmlə sübut olunub ki, ev heyvanlarının, xüsusilə pişiklərin özünəməxsus bioenergetikası var. Pişik nə qədər böyük olarsa, onun enerji potensialı da o qədər çox olur və sahibinə daha çox kömək edir. Hissiyyatı çox güclü olur, onu əhatə edən canlıların energetik sahələrini və insanların vəziyyətini xırdalığına qədər hiss edir. Ev pişiklərinin əksəriyyəti ailə üzvlərinə kömək etməyə cəhd göstərir, sahibinin ürəyi və ya qarın nahiyəsi ağrıyanda həmin nahiyəyə uzanıb ağrını özünə çəkir. Ehtimal ki, belə vaxtlarda pişik hansısa instinktə uyğun hərəkət edir. Adətən bu, onun özü üçün heç bir təhlükə törətmir.

Ev pişiyi sahibini sakitləşdirir, arterial təzyiqin aşağı düşməsinə səbəb olur. Onun bioenergetikası baş və oynaq ağrılarını azaldır, zədələrin tez sağalmasına kömək edir, daxili orqanların iltihabi xəstəliklərini sağaldır. Müalicəvi təsir pişiyi əllə sığallayarkən da baş verir.

Qeyd edək ki, pişiklərin xəstəliyə təsir gücü faktla da sübut olunub. Belə ki, ABŞ-da sahibi onkoloji xəstəlikdən əziyyət çəkən pişik bir müddət sonra ölüb. Araşdırma zamanı məlum olub ki, pişik hər zaman sahibinin şiş tapılan nahiyəsində otururmuş və bundan sonra xərçəngə tutularaq ölüb. Onun sahibi isə sağ qalıb…
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 511
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri