Pişiklər haqqında bilmədiklərimiz (Maraqlı)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 7 258
Səs ver:
(səs: 2)
Pişiklərin sirri UNO-ların sirrinə bərabərdir. Onların o qədər sirri var ki, hətta elm də bunların hamısını açıqlaya bilmir və sübut olunub ki, pişiklərin "üçüncü göz”ü var.

Pişiklər 10 000 ildir ki, insanlarladır və qədimdə onları Tanrının elçisi kimi inanaraq ona baş əyirdilər. Orta əsrlərdə isə onları yandırırdılar, inanaraq ki, onları şeytan bu dünyaya yollayıb.

Slavyanlar bu cür şeylərə inanmasalar da, bu günə kimi Ukraynanın bəzi kəndlərində inam var ki, o pişik ki, 13 yaşına çatıb, ondan uzaq durmaq lazımdır, çünki sahibindən daha müdrik, daha ağıllı ola bilər və özündə şeytan gücü yarada bilər. Hətta ürəyi yumşaq kəndlilər də nadir hallarda olmurdu ki, öz sevimli ev heyvanını meşələrə azdırmağa aparmasınlar. Yalnız 20-ci əsrdə insanlar bu cür inamlara əl atmayıblar.

30-cu illərdə doktor Cozef Venk Rain Kaliforniyadakı Diurk Universitetində parapsixologiyanı öyrənirdi. Uzun təcrübələrinin nəticəsində o, bildirdi ki, pişiklərin paranormal bacarığı var, onlar qabaqcadan görmə və telepatiyanı bacarırlar. Yəni pişiklər təhlükəni qabaqcadan hissetmə və öz sahibinin uzun məsafələrdən belə başına gələcək pis hadisə, və ya ölümünü hiss edə bilirlər.


Yarım əsr olar ki, pişik hissiyyatlarını təcrübələrlə Avropada, Amerikada və keçmiş SSSR-də öyrəniblər.

Artıq pişiklərin təhlükəni hissetmə bacarıqlarının olması elə də sirr deyil, buna görə də insanlar onları hansısa səyahətə, gəmi səyahətinə və s. yerlərə özləri ilə götürürlər.

Məsəlçün, Neapolitan axınının sahilində yerləşən Vezuviya adlanan yerdə elə bir insan yoxdur ki, evində pişik olmasın. O yerlərdə tez-tez vulkan püskürdüyündən məhz pişiklərin birinci evdən qaçdığını görən ev sahibləri təhlükənin olduğundan xəbərdar olurlar.


Hətta 2-ci Dünya Müharibəsi zamanı evlərə bomba düşmək riski artığı zaman ilk olaraq evlərdən pişiklər qaçırdılar. Bu cür hallara bütün müharibə olan ölkələrdə rast gəlinib. İnsanlar onun şahidi olublar ki, bombanın yaxınlaşdığını göstərən cihazdan qabaq bunu pişiklər görüb, hiss edirlər. Pişiklərinin bir az da olsa narahatlılıqlarını görəndə ev sahibləri tez zirzəmilərə gedib gizlənirdilər. Müharibə zamanı pişiklərin bu cür bacarıqlarına görə hətta Avropada ən çox insan həyatını xilas edə bilmiş pişiklərə medal da verilmişdir. Medalın üzərində yazılmışdır: "Biz də vətənə qulluq edirik!”.

Aydın olub ki, pişiklər əvvəlcədən hər şeyi hiss edə bilirlər – təhlükəni, hansısa vacib olacaq hadisəni, təbiət kataklizmaları, havanın dəyişməsi, və ya sadəcə olaraq evə qonağın gəlməyini. (yoldaşım evə gəlməmişdən, və ya mən özüm evə girməmişdən öncə dişi pişiyimiz artıq çöl qapısının qabağında durmuş olur və bizim sanki gəldiyimizi bilmiş kimi baxır bizə).


Baxmayaraq ki, pişiklər haqda olan hadisələrin bəziləri uydurma ola bilər, alimlər yenə də bu sirrli heyvanlar barədə bəzi açıqlamalar ediblər.

Pişikləri öyrənən məşhur alman buokimyaçı Helmut Tribuç pişiklərin əvvəlcədən hər şeyi hissetmə qabiliyyətlərini onunla izah edir ki, bu heyvanlar atmosferdə olan müsbət yüklənmiş ionlar və atomları hiss edə bilirlər, ətrafdakı maqnit sahəsinin və səslərin dəyişdiyini hiss edilər ki, insan öz qulaqları ilə bunları duya bilməz.

Əlavə olaraq, onu da qeyd etmək lazımdır ki, pişiklərdə unikal hissiyyat orqanı olan Yakonson var. Bu "üçüncü göz” orqanı onlarda ağız nayihəsində yerləşir. Bu orqanın fəaliyyəti üçün pişik hərəkət etmədən nəfəsi ilə onu içərisinə çəkir. Pişik sahibləri onların bu hərəkətini bu cür görürlər ki, pişik sanki hərəkətsiz durub ağzını açıq vəziyyətdə qalır, sanki nəyisə dinləyir.

Lakin hətta bununla belə pişiklərin telepatiya bacarığı sirr olaraq qala bilir. Belə hallar da olub ki, uzaq məsafədə olsa belə, pişiklər öz sahiblərinin narahatlıqlarını hiss edib özləri də narahat vəziyyətə düşüblər, bir küncdən o biri küncə xəstə kimi çırpınıblar.


Alim Bil Şul öz "Pişiklərin psixi bacarığı” adlı kitabında özü şahid olduğu hadisəni qələmə almışdır. Onun polis yoldaşı olan Martində Ficit adlı pişiyi varmış. Bir dəfə Martin başqa şəhərə yola düşərkən onu yolda maşın vurur. Martinin heç bir qohumu olmadığından Bil onun qəbrini ziyarət etməyə gedəndə düşünürdü ki, orada heç kim olmayacaq. Amma orada bir nəfər – onun pişiyi var idi, sahibi ilə vidalaşmağa gəlmişdi.

Qəbirstanlığın işçisi Bila dedi ki, bu qəbir hələ təzə qazıldıqda bu pişik gəlib onun qabağında oturub gözləyirdi, sanki bilirdi ki, kimin adınadır bu qəbir.


Pişiklər haqda hətta deyirlər ki, onlar intiqam ala bilərlər, hətta pişik ruhları da var.

Belə bir əfsanə var ki, "Alisa möcüzələr ölkəsində” nağılında olan Çişir pişiyi real həyatda da mövcud imiş. Hansısa Miss Uicin biş pişiyi varmış, bir müddət yoxa çıxıbmış və ondan sonra qadın qapını pişiyin cırmaqlamasını eşidib açır və görür ki, pişiyi içəri daxil ola bilmir və sonra quyruğundan başına kimi yavaş-yavaş yoxa çıxır. 50 ilin içində bu pişiyin ruhunu bir çox insanlar görübmüş. Yazıçı bu hadisəni bildikdən sonra o qədər bu sahə ilə maraqlandı ki, nətricədə 1882-ci ildə psixi təcrübələr cəmiyyətinə daxil oldu.


Mənim şəxsi təcrübəmdən onu deyə bilərəm ki, rəhmətlik nənəmin bir dəfə spazması tutdu, yataq otağında pişiyimiz yatmışdı. Necə durdusa, qaça-qaça gəldi oturdu nənəmin sinəsinin üstündə və özünü onun sinəsinə xoruldaya-xoruldaya sürtürdü. Nənəmin boğulması bundan sonra keçdi və özünə gəldi. Pişik təzədən getdi sakitcə yerində uzanlb yatdı, sanki heç nə olmamışdı. Buna mən, anam və qonşumuz şahid olduq.


İllər öncə mən hələ balaca idim, həyətli evdə qalırdıq. Bizim pişik var idi, səhər tezdən anamı oyatdı ki, onu həyətə buraxsın. Anam yuxulu-yuxulu gəldi ona küçə qapısını açdı və gördü ki, pişik əl çəkmir, özü ilə sanki çağırır anamı. Anam nəticədə gördü ki, həyətdə yerləşən hamamdakı böyük su samovarı unudub söndürməyə, içində su qurtarıb və artıq az qalıb ki, indi partlayacaq. Pişik vaxtında xəbər verməsəydi bunu, bəlkə də mən indi burada bu mövzunu yaza bilməzdim sizə.

Bu yaxınlarda da anamın pişiyi yenə xilas etmişdi onları. Miyoldayıb mətbəxə çağırdı anamı ki, sən demə qazanda su çəkilib qazan az qalır yansın odun üstündə )). Yayda da mən Bakıda olanda naxoş idim, qarnımda sancılar var idi. Pişik də heçnədən gəldi oturdu qacağımda və özünü sanki ağrı olan tərəfinə söykəndirdi. Hardasa 15 dəqiqə belə qaldı qucağımda və sonra düz 3 saata yaxın gedib küncdə yatdı. Sanki məndə olan ağrının yarısını özünə götürdü.

Bu və başqa hadisələrə inanmaq mümkün olmasa da, onları inkar etmək də mümkün deyil. Alimlər hesab edilər ki, pişiklər insanla ətraf aləm arasında olan vacib varlıqdır. O aləm ki, biz onu görmürük. Ona görə də pişiklər bizim üçün olduqca çox sirrli varlıq hesab olunur.

(səs: 2)
Şərhlər: 6
Baxılıb: 7 258
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri