Pişikkimilər zərif yırtıcılardır!

Müəllif: Catwoman666
Şərhlər: 2
Baxılıb: 4 815
Səs ver:
(səs: 0)
Elə bilirsiniz ki, pişiklər ancaq miyoldamağı, yatmağı və siçan tutmağı bacarır? Səhviniz var, pişiklər daha artığına qadirdir! Ev heyvanları olan pişiklər sirk proqramlarında iştirak edir, səyahətə çıxır, qaçışlara qatılır, şən bayramların qəhrəmanına çevrilir. Vəhşi pişiklər isə bataqlıqlarda dolanır, məharətlə quş və balıq ovlayır, bəziləri hətta özünə yuva da tikir!
 
Alimlərin fikrincə, pişiklər  təxminən 56 milyon il əvvəl əmələ gəliblər. O vaxtlar  dinozavrların nəsli artıq kəsilmişdi, odur ki, pişikləri onlarla qarşılaşmaq təhlükəsi gözləmirdi. Alimlər pişiyin əcdadını "miasid” adlandırıblar. O, ağacda yaşayıb,  pəncələri qısa, quyruğu uzun olub. Ehtimala görə,  "miasid” nəinki pişiklərin, hətta itlərin, canavarların və yenotların ulu babasıdır. Alimlər qılıncdişli pişiyi də pişiklərin uzaq qohumları sırasına aid edirlər. Onların elə böyük dişləri olub ki, hətta kərgədanın qalın dərisini də asanlıqla deşə biliblər. Hazırda belə dişli pişikləri yalnız muzeylərdəki şəkillərdə görmək olar. Qılıncdişli pişiklər tamamilə yox olsa da, onların yerini başqa yırtıcı – vəhşi pişiklər tutub. Bu pişiklər Avstraliya, Antarktida, Yeni Qvineya və daha bir neçə adadan başqa,  demək olar,  hər yerdə yaşayır.
 
İnsanlar vəhşi pişiklərin xeyrini yalnız evlərində siçanlar peyda olandan sonra anlayıblar. Ziyanverici gəmiricilər bütün taxıl ehtiyatını bir göz qırpımında məhv edirdi. Onların öhdəsindən yalnız bu tüklü "siçanyeyənlər” gələ bilirdi. Odur ki, insanlar bu faydalı heyvanları əhilləşdirməyə qərar verirlər. Buna baxmayaraq,   onların çoxlu sayda müxtəlif qohumları vəhşi təbiətdə hələ də qalmaqdadır.
 
Hazırda pişikkimilərin 37 növü məlumdur. Alimlər, rahat olsun deyə, planetimizdə yaşayan bütün pişikləri kiçik və böyük pişikkimilər yarımfəsilələrinə  bölüblər. Böyük pişikkimilərə şirləri, pələngləri, yaquarları və s. aid ediblər. Onları yalnız ölçülərinə görə deyil, həm də nərildəyə bildikləri üçün böyük adlandırıblar. Belə hesab edilir ki, pələng öz nəriltisi ilə şikarını iflic edə bilir.
 
Kiçik pişikkimilər nərildəməyi bacarmır, onlar yalnız mırıldayır və miyoldayır. Amma onların sayı daha çoxdur. Kiçik pişikkimilərə  böyük və qəzəbli puma, dünyanın ən kiçik pişiyi olan qaraayaq Afrika pişiyi (onlar dovşanlar kimi yerin altında, yuvalarda yaşayır) və Hindistanda yaşayan  xallı-kürən pişiklər aiddir. Çəkisi bir kiloqramdan bir az artıq olan bu pişiklər  adi ev pişiyindən iki dəfə kiçikdir.
 
Gəzərkən barmaqlarını geniş açan (bu onlara bataqlıqda gəzməyə kömək edir), balıq tutan pişik, bəzən xaus adlandırılan qamış pişiyi, Panamada rast gəlinən, quş və balıqla bərabər, vegeterian qidaya, banana və ya üzümə üstünlük verən yaquarundi pişiyi də kiçik pişiklər sayılır.
 
Kiçik pişikkimilər yarımfəsiləsindən olan ən qeyri-adi pişik heparddır.  Avtomobil sürəti ilə qaçan,  saatda 115 kilometr məsafə qət edən hepard  yer üzündə ən sürətli heyvandır.
 
Bu maraqlıdır: qədimdə pişiklər nəinki siçanları tutur, hətta ova gedirdilər. Qədim Misirdə quş ovlamaq üçün pişiklərdən istifadə edirdilər. Misirlilər bu heyvanları müqəddəs sayır və onları "Myau” kimi oxunan heroqlif ilə ifadə edirdilər. Onlar bu sevimli ev heyvanlarına gözəl adlar qoyurdular. Məsələn,  qədim misirlilər firon III Tutmosun dövründə (2,5 min il öncə) yaşayan pişiklərdən birinə  xoş və sevimli mənasını verən Nec adı vermişdilər.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 4 815
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri