Xüsusilə
məməli heyvanların doğumları olduqca təhlükəli olur. Həm doğan ana
heyvan, həm də yeni doğulan balalar yırtıcı heyvanlar üçün asan ovdur.
Ancaq, adətən, bu canlıların doğuş zamanı yanlarında sürülərindən bir
köməkçi olur.
Məsələn,
dişi maral doğacağı zaman sürüdən kənarda kolluqların arasında bir
məkan seçir. Doğuş zamanında isə tək deyil. Yanında sürüdən olan başqa
bir dişi ona kömək etmək üçün hazır gözləyir.
Doğuş
zamanı bir-birlərinə kömək etmələri ilə məşhur olan digər canlılar isə
delfinlərdir. Delfin balaları doğulandan dərhal sonra su səthinə
çıxmalıdırlar. Buna görə də dişi delfin doğuş zamanı balaya kömək edərək
onu burnu ilə su səthinə doğru itələyir. Doğuşdan əvvəl dişinin hərəkət
etməyi çətinləşir. Bu səbəbdən, doğuş anında dişi delfinin yanında ona
doğuşda kömək etmək üçün sürüdən iki dişi delfin də olur. Kömək edən
delfinlər doğuşdan əvvəl onun zərər görməməsi üçün ana delfinin hər iki
yanında üzürlər. Onların vəzifələri doğuşdan əvvəl hərəkət etməyi
çətinləşən və buna görə də hər hansı bir təhlükə zamanı özünü qoruya
bilməyən ana delfini qorumaqdır. Xüsusilə də doğum əsnasında axan qanın
qoxusuna həmin yerə gələ biləcək balinalara qarşı çox diqqətlə ana
delfinin ətrafında olurlar.
İlk
iki həftə bala delfin anasının yanından heç ayrılmır. Kiçik delfin
doğulduqdan qısa müddət sonra üzməyi bacarır və bu müddət ərzində də
yavaş-yavaş anasından uzaqlaşmağa başlayır. Ancaq yeni doğmuş ana delfin
balanın sürətli və cəld hərəkətlərinə uyğunlaşa bilməyəcəyi və onu
kifayət qədər qoruya bilməyəcəyi üçün, bu halda, yenə kömək edən dişi
delfin balanı qoruyur.
Ana
filə də doğuşdan əvvəl kömək etmək üçün hər zaman sürüdəki digər dişi
fillərdən biri hazır gözləyir. Sıx kolluq və ağacların arasında
ustalıqla gizlənən ana fil və ona doğuşda kömək edəcək dişi fil bala
fili illər boyu qorumağa davam edirlər. Dişi fil yanında balası olan
zaman daha təcavüzkar və zirək olur.
Fillərin
və digər canlıların doğuşdan əvvəl aralarında necə razılaşdıqları,
kömək edəcək heyvanın doğuş vaxtının gəldiyini və köməyə ehtiyacı
olacağını necə təsbit edə bildiyi, əlbəttə ki, mühüm suallardır.
Heyvanların heç birində bunları öz ağıl və iradələri ilə bacaracaq
qabiliyyətləri yoxdur. Həm də dünyanın hər yerində fillər bu şəkildə
bir-birlərinə yardım edirlər. Eyni hal delfinlər və digər canlılara da
aiddir. Bu, hər bir canlının tək bir yaradıcı tərəfindən
yaradıldıqlarının və eyni yaradıcının hər an nəzarəti altında
olduqlarının açıq göstəricisidir.