Gülmək bizə çox yaraşır :D

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 2 147
Səs ver:
(səs: 2)
Quşçuluq fermasina yoxlama gəlir (pul qoparmaqçün) Sorushurki toyuqlara nə verirsiz ?
Müdür cavab verirki - Buğda !
Yoxlama: Sizin başınız xarab olub ? Camaat çörək tapmır yeməyə - siz bugdanı toyuqlara verirsiiiz ? 100 manat cərimə alır gedir..Yoxlama 1-2 günə pulu xərcliyir, yenə qayıdır fermaya həmin sualı verir..
Müdür deyir qarğıdalı..Yoxlama diyir başınız xarab olub ? Camaat qargıdalıdan yağ düzəldir . Ama siz toyuqlara verirsiz..Yenə 100 manat cərimə..Yoxlama bir neçə dəfə bu cür pul alır.. Növbəti dəfə gəlib bu suali verəndə..
Müdür: Toyuqlara pul veririk özləri nə istəsələr alıb yeyirlər.

--------------------------------------------------------------------------------

Bir gün yol polisi birini saxlayıb deyir:
-Qardaş xəttin üstündən keçmisən.
Kişi qayıdıb deyir:
-Nə edim qaldırım altından keçim???

--------------------------------------------------------------------------------

Bir gün gənc oğlan evə 3 qız ilə gəlir və anasına deyir:
-Ana tap görüm bu qızlardan hansı sənin gəlinin olacaq?
Ana:
-Qırmızı paltarlı qız.
Oğlan:
- Hardan bildin?
Ana:
- İçəri girənnən bütün əsəblərimnən oynuyur.

--------------------------------------------------------------------------------

Alimlər 2 sualın cavabını hələ də tapa bilmirlər
1. ƏhmƏd haradadır?
2. Fatmagülün suçu ne?

--------------------------------------------------------------------------------

Bir gün heyvanlar futbol oynuyurlar,oyunun 60-ci dəqiqəsində hakim qarışqaya qırmızı kart göstərir.Qarışqa lezvalayıb deyir:
-Aydaa,mənə niyə qırmızı kart verdin?
Hakim:
- Guya görmədim ki, filə necə patkat girdin?

--------------------------------------------------------------------------------

Bir gün bir alkaş özün asır.Hamıı ora yığışır.O biri alkaş dostu görür ki,onun cibindən-arag,turşu,xiyar,kolbasa,zavod çörəyi çıxır.Öz özünə deyir:
-Yetim sənin nəyin əksik idi axı, özünü asısan?

--------------------------------------------------------------------------------

Fil hovuzda çimir, qarışqa qaça-qaça gəlir
-Fil ay fil tez şıx hovuzdan!
-Niyə?
-Ala sənə demirəm çıx?!!
-Niyədə?
-Ala bu saat səni ayağımın altına salacam haaa.
-He çıxdım nə olub?
-Hə get çim.Elə bildim plavkimi sən geyinmisən.

--------------------------------------------------------------------------------

Uşag gəlir atasının yanına:
-Ata,anam deyir ki,bizim ailədə atan prezident,mən hakimiyyət,nənəm millət,sənsə xalqsan.
Ata:
-Hə düzdü oğlum.
Nəysə.Atası işinə görə xaricə getməli olur. Oğul zəng edir:
-Ata,hakimiyyətə təzə prezident gəlib,millət yatıb,xalqsa bərk narahatdı.

--------------------------------------------------------------------------------

Bir gün bir dəlinin saatı xarab olur,aparır saatsaza.Əle saatsaz da dəli imiş.Dəli saatsaz saatın arxa qapağını açır,görür orda ağcaqanad ölub.Bunu görən dəli saatsaz:
-Ala dəlisən?Saat xarab olmuyub eee, şoferi ölüb.

--------------------------------------------------------------------------------

Qız:Sən məni nə qədər sevirsən??
Oğlan:Məcnunun Leylini sevdiyi qədər.Bəs sən?
Qiz:Yağış yağanda əlini göyə aç,tuta bilmədiyin yağış dənəcikləri qədər!
Oğlan:Get atonnan məzələn!

--------------------------------------------------------------------------------

Bir gün bir kişi avtobusa minir,ama pulu olmur.Düşəndə şoferə deyir ki,mənim pulum yoxdu.Şofer deyir gəl bir şillə vurum düş. Kişi razılaşır.Arxaya çönür görür dostu da var marşrutda.Kişi şoferə deyir birini də vur. Şofer vurur.Kişi arxaya Çönüb dostuna:
-Düşərsən.

--------------------------------------------------------------------------------

Qız:Alooo.Həyatım evdəsən?
Oğlan:Hə.Nədi ki?
Qız:Tv'ni yandır,super kino gedir.
Oğlan: Dayan baxım."MƏNİMLƏ EVLƏNƏRSƏN?"
Qız:Həəə.Əlbəttə.Razıyam həyatım.

--------------------------------------------------------------------------------

Siçan:
-Salam ala ne var ne yox?
Pişik:
-Duxun var iftardan sonra çıxda qabağıma
Siçan:
-Davayda öpdüm.

--------------------------------------------------------------------------------

Üç türemşika ( amerikan,fransiz,azerbaycanli ) hərəsinə bir it verirlər, ayrı-ayrı otaqlarda,yemək içmək nə qədər istəyirsən..Öz itini kim danışdırsa buraxırıq onu evə..Nə isə bir aydan sonra gəlirlər ki, amerikanlı bütün yeməkləri itə yedizdirib, özü arıqlayıb çöpə dönüb, yalvarır ki, ay it sən canı bir söz de...Fransız da ondan beş-betər..Azərbaycanlının yanına gəlirlər, görürlər Mamed uzanıb itin də yeməyin yeyib, öz yeməyin də,it arıqlayıb, pis gündə, Mamedin yanında uzanıb yalvarır:
-Mamed ay Mamed sən ölənlərinin goru,bir tikə çörək ver.

--------------------------------------------------------------------------------

Bir gün bir kişinin evini tarakanlar basır.Kişi axırda gedir baxıcı yanına deyir ki:
-Mənim evimi tarakanlar basıb nə edim?
Baxıcı deyir:
-Get evin ortasında otur,qışqır ki "bəsdirin rədd olun evimdən".
Kişi gedir evin ortasinda oturur və qışqırır:
-Bəsdirin rədd olun evimdən görür ki, tarakanlar yavaş-yavaş gedirlər.Sonra kişi başdıyır bərkdən gülməyə.Tarakanların biri deyir:
-Eee qayıdın geriyə kişi zarafat eliyir.

--------------------------------------------------------------------------------

Günlərin birində adlı-sanlı,var dövlətli adamlar bir yerdə toplaşıb xoş istirahət edirlər. Orda da böyük bir hovuz varmış.
Burda olan varlı ailələrdən birinin qızı yıxılır hovuza başlayır çabalamağa. Sən demə heç kim üzə bilmirmiş. Qızın atası başlıyır hay küy salmağa ki kim mənim qızımı xilas eləsə qızımı ona verəcəm, onu ən varlı adam edəcəm
Birdən reski bizim Mamed guppultu ilə düşür suya.Çapalamağ,boğulmalar,səs-küy axırı bir təhər qızı çıxarır.Özünü də bir təhər dartıb çıxarırlar. Hamı bir ağızdan “Əhsən,halaldı sənə,kişi adamsan” və s. deyirlər.Qızın atası sevincək deyir ki qızımı verdim sənə.Mamed hirslə cavab verir :
-Əşşiii, qızıni sox gözüvə!De görüm məni kim suya itələdi?
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 2 147
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri