Qadınla.com-da gülüş dəqiqələri :D

Müəllif: YalniZ-ArZu
Şərhlər: 12
Baxılıb: 1776
Səs ver:
(səs: 1)
Çukca yol ilə gedir. Tanışı soruşur
-Hara gedirsən?
-İyne vurdurmağa
-Poliklinikaya?
-Yox özümə.

122 122 122

-Ana olar həyətə çıxım?
-Çirkli qulaqlarınla?
-Yox, dostlarımla?

122 122 122

Bir uşaq atasından soruşur:
-ATA Opera nədir?
Ata da fikirləşirki necə desinki uşaq başa düşsün deyir:
-Opera odur ki, biri o birisini xəncərlə yaralayır, o da yııxılıb ölmək əvəzinə saatlarla oxuyur.

122 122 122

Hacı dayıdan soruşurlar:
-Hacı dayı rus dilini bilirsən?
-Bilirəm.
-Onda de görək "bura gəl" rus dilində necə olacaq?
-İdi suda.
-Bəs yaxşı "ora get" sözünü necə deyərsən?
-Gedərəm ora yenə deyərəm "idi suda"

122 122 122

Sürətlə velosiped sürən uşaq anasına deyir:
-ana bax velosipedi əlsiz sürürəm.
Elə bu vaxt velosiped divara çırpılır. Durub təzədən minir velosipedə sakit səslə deyir:
-Ana bax velosipedi dişsiz sürürəm.

122 122 122

Reklam:
"Əvvəllər mənim körpəm səhər oyananda mən çox narahat olurdum. Çünki tamam yaş olurdu. Mən bezmişdim çünki hər cür uşaq bezindən istifadə etmişdim. Nəhayət mən çıxış yolu tapdım. Evin tavanını təmir etdirdim. Daha evə yağış suyu tökülmür.

122 122 122

Bir gün nazirlərdən biri tələsdiyindən maşını özü sürməli olur. Yüksək sürətlə hərəkət edir deyə yol polisi onu saxlayır. Maşına yaxınlaşır, hərbi salam verir rəngi qaçmış halda geri qayıdır. Rəis:
- O kim idiki onu buraxdın?
-Rəis, kim olduğunu bilmirəm amma sürücüsü nazirin özü idi.

122 122 122

Bir qadın təzəcə tanış olduğu qadınla dərdləşir:
-Görün zəmanə necə korlanıb. Xüsusilə qızlar. Bir o qıza baxın saçları qısa, şalvarı dar, heç bilmirsən qızdır ya oğlan.
-O menim qızımdır.
-Eləmi? Bağışlayın mən bilmirdimki siz onun anasısız.
-Mən onun anası yox atasıyam.

122 122 122

Bir kişi gəlib yaxınlaşır barmenə. Cibindən 1 manat çıxarıb 100 qram araq süzdürür. İçir, sonra yenə də 1 manat çıxarır zakuskasız zadsız ikincinidə içir. 3-cünü süzəndə barmenin kişiyə yazığı gəlir ona bir az çörək verirki heç olmasa zakuska elə
Kişi qayıdıb deyir.
-Yox qadan alım, uşaqlar evdə acdı çörək almağa pul yoxdu mənim boğazımdan çörək keçməz.

122 122 122

Kişinin arvadı həmişə uzun uzadı telefonla danışarmış. Bir gün telefon zəng vurur arvad telefonu götürür yarım saat danışandan sonra dəstəyi asır. Kişi soruşur:
-Noldu bu dəfə qısa danışdın?
-Heçnə, səhv düşmüşdülər.

122 122 122
(səs: 1)
Şərhlər: 12
Baxılıb: 1776
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri