Sizinçün gülməli anekdotlar topladım :D

Müəllif: YalniZ-ArZu
Şərhlər: 10
Baxılıb: 2 742
Səs ver:
(səs: 1)
Bir qadın vəfat edir. Cənazə namazı qılınır, camaat tabutu götürürki arvadı basdırsınlar. Məsciddən çıxanda tabut qapıya dəyir. Tabutdan bir inilti səsi gəlir. Tabutu açanda görürlərki arvad sağdı. Tez aparırlar xəstəxanaya və bu hadisədən sonra qadın düz 10 il yaşayır.
10 il sonra qadın ölür, yenə eyni məscid, yenə cənazə namazı qılınır. Tam tabut məscidin qapısından çıxardacaqdılarki arvadın ərinin səsi gəlir.
-Siz Allah qapıya diqqət edin.

:122: :122: :122:

İki dost qarşılaşırlar. Biri görürki dostunun yeni bahalı maşını var, onu necə aldığını soruşur. Dostu deyir:
-Bir gün avtobus gözləyirdim, birdən bu maşınla mini ətəkli bir qız yanımda saxladı məni maşına dəvət elədi. Oturdum, bir az getdikdən sonra meşənin kənarında saxladı. Mini ətəyini soyunub dedi "Məndən nə istəsən verə bilərəm" Məndə maşını götürdüm.
Dostu- Düz eləmisən, mini ətək sənə yaraşmazdı heç.

:122: :122: :122:

Qadının biri aptekə gedir, əczaçıya zəhər almaq istədiyini deyir. Əczaçı qadından zəhər alma səbəbini soruşduqda, qadın ona xəyanət edən ərini öldürmək istədiyini deyir. Əczaçı:
- Bağışlayın amma bu səbəbə görə sizə zəhər sata bilmərəm.
Qadın çantasından əriylə əczaçının arvadının sarmaş-dolaş şəklini çıxarır.
Əczaçı şəkilə baxıb deyir:
- Bəs niyə demirsizki reseptiniz var?

:122: :122: :122:

-Ay kişi axmaq kimi milçəköldürənlə nə qaçırsan aşağı yuxarı?
- Arvad dinmə, düz 5 dənə milşək öldürmüşəm. 3-ü erkək, 2-si dişi.
- Yaxşı görəkdə, nə bilirsən hansı dişidi hansı erkək?
- Burda nə varki? 3-ü pivə bankasının üstündə, 2-si də telefonun.

:122: :122: :122:
(səs: 1)
Şərhlər: 10
Baxılıb: 2 742
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri