Gəlin birlikdə gülək

Müəllif: Gülşən
Şərhlər: 13
Baxılıb: 2 184
Səs ver:
(səs: 0)
Ana, deyəsən nənənin yaddaşı tamam pozulub!
- Niyə ki?
- Nənə hər dəfə məni tanımır, qapıda görən kimi deyir:
- Baxın, görün bizə kim gəlib?

Televiziyaya məktub : Xahiş edirəm seriallar arası aşağıda verdiyiniz yazını verməyəsiniz. Nənəm elə bilir karaokidir, oxuyur.
Neçə dəfə sənə demişəm, sağ əlində bıçağı, sol əlində çəngəli tut!
Uşaq narazı-narazı deyir:
- Bəs əti hansı əlimdə tutum?

Ata qol saatına baxıb deyir:
-Saatım dayanıb, gərək ustaya aparım təmizləsin!
Balaca qız öz otağından söhbətə qarışır:
- Yox ata, o təmizdir, onu səhər şampunla yumuşam!

Həkimin otağında:
- Həkim kömək eləyin mənə, Hər gün yuxuda görürəm ki siçovullar futbol oynayır.
- Mən sizə elə dərman yazacağam ki, siz daha yuxu görməyəcəksiniz.
- Yazın, yazın, amma bu gün həmin dərmanları qəbul edə bilməyəcəyəm!
- Niyə?
-Çünki bu gecə final oyun olacaq.

Blokun işığı yanmır. 4 yaşlı Çiçək nənəsinin əlindən bərkdən tutub pilləkənlərdən düşür. Bu vaxt pilləkənlə qalxan bir xala Çiçəyi danışdırmaq istəyir:
- Mən burda yaşayıram. Sən də burda yaşayırsan?
Çiçək qorxa-qorxa qadına baxıb deyir:
- Yox mən evdə yaşayıram

Əhsən sənə Əhməd, zoologiyadan yaxşı qiymət almısan! Bəs bu necə oldu? Axı sən zoologiyanı yaxşı bilmirsən?
- Çox asanlıqla aldım yaxşı qiyməti. Dedim Dəvəquşunun üç ayağı var, müəllim də məni təriflədi.
- Burda tərifli nə var ki, sən səhv eləmisən axı, dəvəquşunun məgər üç ayağı var? Onun iki ayağı var axı... 
- Bütün uşaqlar bir səslə dedilər ki, dəvəquşunun dörd ayağı var. Bircə mən dedim üç ayağı var. Ona görə də müəllim məni təriflədi.

Ata, bu gün anam məni iki dəfə döyüb!
- Nəyə görə?
- Birinci dəfə anama gündəlik göstərdim, ordakı ikiləri, müəllimlərin yazdıqlarını görən kimi məni çırpdı.
- Bəs ikinci dəfə nəyə görə döydü?
- Gündəliyin əslində uşaq vaxtı onun özününkü olduğunu biləndə.
(səs: 0)
Şərhlər: 13
Baxılıb: 2 184
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri