Analoqu olmayan qadın məntiqi :D

Müəllif: YalniZ-ArZu
Şərhlər: 16
Baxılıb: 1786
Səs ver:
(səs: 1)
Səhər yuxudan oyandım. Uzanıb gözləyirəmki anam səhər yeməyini hazırlasın...sonra yadıma düşdü ki, ana mən özüməm.cadu

@@@

Getdim hamama başımı yumağa. Vannanı təmizlədim, əlüzyuyanı parıldatdım, güzgünü sildim. İndi də çay istəyirəm mətbəxə getməyə qorxuram. 09

@@@

Hirsli qadin və hirsli terrorçu arasında fərq bundadırki, terrorçuyla heç olmasa danişıqlar aparmaq mümkündür. 122

@@@

Ərimin qohumları arasında ən çox istədiyim elə mən özüməm.kivir

@@@

Mənim 3 cürə əhvalım olur:
1- Heçnə istəmirəm.
2- Özümdə bilmirəm nə istəyirəm.
3- Hər şeyi birdən istəyirəm.suslu

@@@

Arıqlamaq qərarına gəldim. Anamgilə dedimki mənə mənəvi dəstək olsunlar. Birdə görürəm soyuducunun üstünə yazıblar "Gombul qız ailəmizin pazorudu"18

@@@

-Canım rəfiqəm, yadındadı cavanlıqda necə gözəl, cazibədar idik?...əsas da mən. İndi isə qoca və cirkinik..əsas da sən.kanka

@@@

DİQQƏT QIZLAR!
Sizi ağlayan, içkili və makiyajsız halda görən kişiləri sağ qoymaq olmaz! 125

@@@

Əgər səni biri əllərində gəzdirir, brilyantlar və çiçəklər hədiyyə edirsə - Oyan, yoxsa işə gecikəcəksən!uyku

@@@

Subay qızlar təlaşlıdırlar. Çünki statistikaya görə hər 10 qıza, 3 mavi, 4 alkaş, 2 boşanmış, 2 narkoman və 1 normal kişi düşür. Normal olan da artıq evlidi.agla

@@@

Bu gün istədimki depressiyaya girim. Sonra yadıma düşdüki, uşaqlar acdır, paltarlar ütülənməyib, qablar yuyulmayıb. Bir sözlə depressiyaya vaxtim yoxdu.hizmetci

@@@

Bir çarəsiz qadının diet duası:
Yarəbbim...
Biz yedik içdik, düşünmədən bu hala gəldik bilmədən.
Sonunda doğru yolu tapdıq, karbohidratdan uzaq durduq.
Yarəbbim bizi acı bibər kimi dümdüz et. Dolmalıq bibər halından çıxar. Yeyib yeyib kilo almayan qullarından et!
Yarəbbim məndəki bu artıq kiloları al "'əşşi, bu ömründə arıqlaya bilməz" deyən qullarına ver.
Paxilliğımı çəkən insanların ağzını yumacaq kiloya endir ya Rəbbim. Şakoladı görəndə yeməmək qüdrəti ver. Tərəzi üzərində bizi sınama Ya Rəbbim!
Diyetaya başlayıram.dua
(səs: 1)
Şərhlər: 16
Baxılıb: 1786
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri