Gülmək vaxtıdır :))

Müəllif: Love Angel
Şərhlər: 2
Baxılıb: 2 378
Səs ver:
(səs: 0)
Bir gün ər ilə arvad ilə bir yerdə yatırlar. Birdən qapı döyülür. Arvad deyir: tez ol qaç ərim gəldi. KiŞi tez paltarını götürüb aradan çıxır. Yolda qaça-qaça gedəndə öz-özünə deyir. Əgər gələn onun əridisə onda mən kiməm?

:122: :122: :122:

Birinin toyu olur papası zorla evləndirir. Oğlan qaŞ-qabağlı oturduğu yerdə birdən bir milçək vız-vız gəlib bunun burnuna qonur. Bu oğlan kinli-kinli milçəyə baxıb deyir: aralaŞ mazgimi çürütmə, yoxsa papaya deyərəm səni də evləndirər.

:122: :122: :122:

Bir gün 2 dəli dəlixanadan qaçıŞ planı hazırlayır və gecə qaçırlar. Səhəri gün hamı görür ki, bunlar yoxdu. Bir də görürlər ki, həmin 2 dəli qayıdırlar. Digər dəlilər soruŞur ki, niyə qayıtdız. Qaçan dəlilərdən biri cavab verir ki, dünən məŞq eləyirdik, bu gecə qaçacağıq.

:122: :122: :122:

İki ləzgi olur bunlar meŞəyə ova gedir. Yorulular, bir yerdə oturub yemək yeyirlər. Yemək yedikləri yerdə milçəklər bunları yemək yeməyə qoymurlar. Milçək ləzginin birinin alnına qonur, o birsi ləzgi deyir: can qardaŞ dayan dayan milçəyi vuracam. Ləzgi tüfəngdən ləzginin alnınan bir dənə vurur. Ləzgidə ölür milçək də. Ləzgi deyir: cəhənnəmə ki onlardan da biri getdi, bizdən də biri.

:122: :122: :122:

Bir qoca arvad küçə ilə yol gedərkən bir məscid görür, məscidin yanında da bir nəzir qutusu görür. Nəzir qutusuna əli əsə-əsə beŞ qəpiklik atır və deyir: Ay Allah sən özün ömrümü uzat! Arvad yolun o tərəfnə keçir bir maŞın arvadı vurub sərir yerə. Ele bu vaxtı bir gənc oğlan da nəzir atmaq istəyəndə arvad can verə-verə baŞını qaldırıb deyir: A bala ora pul atma, ora iŞləmir.

:122: :122: :122:

Səhrada ölməkdə olan adam sürünür. Təsadüfən ordan cip keçir. Adamlar onu görüb köməyə çalıŞırlar: - Su, tez olun. Ona fincanda su gətirirlər. Can verən kiŞi gözlərini açıb güclə soruŞur: - QaynanmıŞdı?

:122: :122: :122:

İki dəli imtahana girir. İmtahan qurtarandan sonra çıxır. Biri o birindən soruŞur: necə yazdın? Cavab verir: boŞ vərəq verdim. Bəs sən? Mən də heç nə yazmadım boŞ vərəq verdim. O biri deyir: onda elə biliceylər köçürmüŞük

:122: :122: :122:

KiŞinin iti ölür dostları ələ salmaq üçün gəlir onun yanına və baŞlayırlar: axır qəmin olsun! Yaddan çıxar təzə it alarsan fikir eləmə. KiŞi qayıdıb deyir: heç bilmirdim itimin bu qədər tanıŞı var.

:122: :122: :122:

Bir gün bir sinif avtobusa minirlər. Bir az gedəndən sonra aftobus xarab olur. Sürücü düŞüb aftobusu düzəldəndə bir oğlan gəlir deyir: dayı mən billrəm avtobusa nə olub. Sürücü deyir: Get baŞımdan. Sonra uŞaq yenə gəlir deyir: mən billirəm axı. Sürücü deyir: Ay bala sənə deyirəm get baŞımdan. UŞaq yenə gələndə deyir mən bilirəm nə olub avtobusa. Sürücü deyir: hə nə olub? Deyir ki, avtobus xarab olub.

:122: :122: :122:

Bir kiŞi olur evlənir, ancaq evləndiyi arvadlar ölür və beləliklə bir gün kiŞinin 5-ci arvadı da rəhmətə gedir. KiŞi arvadın yasında oturub fikirləŞir ki, elə növbəti arvadı da yasa gələn arvadlardan seçim. Amma arvadının meyidi elə qoyulubmuŞ ki, gəlib gedənləri görə bilmirmiŞ. Ona görə də cuŞa gəlib mərsiyəyə baŞlayır. Götürün bu köndələni, gözüm görsün gələni.

:122: :122: :122:

Bir oğlan olur çox kasıb olur. Bunun atası rəhmətə gedir, sonra oğlan gedir tabut düzəldənin yanına deyir: ay kiŞi tabut neçəyədi, o deyir filan qiymətə deyir yoxdu, bunlar 2 saat tabut qiymətini öldürürlər. Sonra tabut düzəldən deyir bir manatın var oğlan deyir yox. Sonra tabut düzəldən deyir get atanı gətir bura ona 4 dənə qulp qoyacam.

:122: :122: :122:

Bir kiŞi olur yatağa girmək istəyəndə birdən yıxılır, durur ikinci dəfə uzanmaq istəyəndə yenə yıxılır. Durub belə deyir: ə nə yaxŞı birinci dəfə qalxdım, yoxsa üstümə yıxılardım.

:122: :122: :122:

Günlərin bir günü polis ayını tutub boğazına ip bağlayır. Yolda gedəndə bir ağsaqqal deyir: ay qardaŞ bu iti hara aparırsan. Polis ağsaqqala deyir: Ağsaqqal bu it deyil bu ayıdı. Ağsaqqal polisə deyir: mən səninlə deyiləm ayı qardaŞnanam.

:122: :122: :122:

2 türk yol ilə gedirlər. Bunlardan birinin yolda ürəyi gedir. O biri türk deyir. Bayıldı, bayıldı. Yoldan keçən bir nəfər də deyır ki, alə bura bayıl deyil e bura Əzizbəyovdu.

:122: :122: :122:

Bir qıza elçi gəlmək istəyirlər. Anası qızına deyir ki, özümüzü elə göstərək ki, guya ki, varlıyıq. Mən səndən nə istəsəm de ki, hansını gətirim. Elçilər gəlir anası deyir qab gətir, qız da hansını gətirim deyir. Nəhayət elçilər deyirlər ki, qızın atasını çağırın. Qız birdən deyir hansı atamı

:122: :122: :122:

Bir gün ləzgi toya gedib toyda dolma yedikdən sonra zəhərlənir, xəstəxanaya düŞür, özünə söz verir ki, dolma yeməyəcək. Üstündən bir neçə ay keçir, bu yenə toya gedir. Onun stoluna küftə gətirirlər. Ləzgi qayıdıb deyir: can qardaŞ elə bildin tanımadım köynəyini çıxarıb gəlmisən də.

:122: :122: :122:

Bir nəfər çayda çimmək istəyir. Amma batmaqdan qorxur. Körpünün üstündə alkaŞ oturubmuŞ. Bu da soruŞur ay qardaŞ suda batmaram ki? AlkaŞ deyir yox. Bu suya girir batır boğula-boğula deyir: bəs deyirdin su dərin deyil? Eh nə bilim bayaq 3 ördək üzürdü su sinələrindən idi.

:122: :122: :122:

DovŞan avtobusa minir görür yer yoxdu. Deyir kim mənə yer verməsə dünənkini edəcəm. Ayı qorxur durur ona yer verir. DüŞəndə maraqdan özünü saxlaya bilməyib soruŞur: dovŞan qardaŞ dünən neynəmiŞdiz ki? Heç nə ayaq üstə getmiŞdim

:122: :122: :122:

2 dəli dəlixanadan qaçır. Dəmiryol reysi ilə gedirlər. Birdən biri deyir ee bəsdi düŞ indi piyada gedək.

:122: :122: :122:

Molla qəbirstanligııqda Quran oxuyurmuŞ. Bir oğlan fit çala-çala oradan keçirmiŞ, molla deyir: a bala görmürsən Quran oxuyuram, niyə fit çalırsan? Oğlan deyir: molla əmi, elə bilirsən orada yatanların hamısı sən ağıldadır? Mən ağılda olanları da var, mən də onlar üçün fit çalıram.

:122: :122: :122:

Bir kiŞi yoldan keçir. Restoran görür, görür ki, onun adı "gəlin, yeyin, için, pulunuzu nəvəniz verəcək". Bu kiŞi də gedib oturur, stolun üstünə hər Şey düzdürür, qəŞəng yeyib içir, sonra bu kiŞiyə Şot gətirirlər. KiŞi də deyir, bəs qapının ağzına yazmısınız Şotu nəvəniz verəcək. Afisiant da deyir ki, bu sizin babanızın Şotudur.

:122: :122: :122:

Bir gün bir restorana kiŞi gəlir. Qarsona deyir bəs sizin soyuq çayınız var? Qarson deyir yox. KiŞi çıxır gedir. Hər gün bu hadisə 4-5 dəfə təkrar olunur. Axırı qarson bezib restoran sahibinə məsələni danıŞır. O da deyir ki, çayı qoy dəmlənsin, sonra qoy soyuducuya, gələndə o kiŞiyə ver içsin. Qarson belə də edir. Elə həmin gün kiŞi gəlir, deyir bala soyuq çayın var? Qarson yekə-yekə deyir hə. KiŞi deyir onda qoy isinsin, gətir içək.

:122: :122: :122:

UŞaqdan soruŞurlar ki, atan nə iŞləyir. Deyir güldan düzəldir. Deyirlər bəs anan. Deyir anam da atamın düzəltdiyi güldanları atamın baŞında sındırır.

:122: :122: :122:

Bir ata olur. Onun 3 oğlu olur. Bir gün axŞam onlar yemək yeyir. Böyük oğul deyir: atamıza bax, donuz kimi yeyir. Ortancıl oğul deyir: ey eŞŞək atamıza donuz niyə deyirsən? Kiçik oğul hirslənir və deyir: atacan sən bunlara fikir vermə qabağındakı zəhərivi ye.

:122: :122: :122:
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 378
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri