Güləsiz deyə paylaşıram :D

Müəllif: YalniZ-ArZu
Şərhlər: 12
Baxılıb: 1906
Səs ver:
(səs: 2)
Balıq tutanda, toruma qızıl balıq düşdü. Dedi arzu tut bütün problemlərin həll olsun, başladım problemlərimdən danışdım...diqqətlə qulaq asıb dedi: Qızart!

122 122 122

Fransız:
-Siz Azərbaycanlıları anlaya bilmirəm. Həmişə pul üçün işləyirsiz. Biz isə ancaq qürurumuz üçün.
Azərbaycanlı:
-Kimdə nə yoxdursa onun üçün calışır adətən, tipinə lənət elə.

122 122 122

Bir gün bir rahib şəhərdə kilsənin yerini bilmədiyindən bir uşaqdan soruşur. Uşaq kilsənin yerini rahibə nişan verir, rahib uşağa deyir:
-Sən yaxşı uşaqsan, sabah gəl kilsəyə sənə cənnətə gedən yolu başa salacam.
Uşaq - Sən heç kilsənin yolunu bilmirsən, cənnətin yolunu hardan biləsən?

122 122 122

Kişilər adətən qadınlara "Əsgərlikdə olsaydın məni başa düşərdin" deyirlər. Daha demirlərki bircə dəfə roddomda olsalar, əsgərliyə qaça qaça gedərlər.

122 122 122

-Mən diyetadayam.
-Nə vaxtdan?
-Yarım saat olar...artıq bəlli olur hə?
-Həə gözlərin acdı.

122 122 122

Bir aydı diyetadayam. Bu gün təsadüfən dilimi dişlədim...dadlı imiş.

122 122 122

Rəfiqəm məni şoka saldı. Ətçəkən maşını xarab olub, dolma bişirmək üçün əti ilk öncə dondurur, sonra sürtgəcdən keçirir. Doğrudanda dahiyanə ölkədə yaşayıram.

122 122 122

Düzdü kişi məntiqi daha doğrudu, ancaq qadın məntiqi daha maraqlıdı.

122 122 122

Ər içkili halda evə gəlir. Arvadı otaqdan səslənir.
-Əzizim nə idi yerə düşən?
-Kurtkam idi
-Bəs niyə elə səs küylə düşdü?
-İçindən çıxmağa fürsət tapmadım ona görə.

122 122 122

Balaca qızcığaz atasına:
-Atacan məndə böyüyəndə sənin kimi gözəl olacam.
-Qızım, yəqin anan kimi gözəl olarsan.
-Yox atacan, anam kimi gözəl olmaq gecdi. Hər səhər durur, kremlənir, pudralanır, tuş,
pomada, saç düzümü...Amma sən yerindən qalxırsan saçını darayırsan və artıq yaraşıqlısan.

122 122 122

Yaşlı qadın satıcıya:
-Oğlum balıqlar təzədi?
-Bəli xalacan, baxın diridirlər.
-Hə nolsun, məndə diriyəm amma heç təzə deyiləm.

122 122 122

Qoca kişi həkimə gedir.
-Doktor bir ayağım yaman ağrıyır.
Həkim müayinə edir və deyir: Qocalıqdandı ay dayı.
-Axmaq axmaq danışma, o biri ayağımda eyni yaşdadırda, o niyə ağrımır?

122 122 122

İmtahanlarım 3 il təxirə düşsı yenə də 1 gün qalmış hazırlaşacam. Prinsip məsələsi.

122 122 122

Sosial mediyadan kənarda qız tuta bilməyən bir nəsil yetişir. İnternetimiz bitsə nəslimiz kəsiləcək.

122 122 122
(səs: 2)
Şərhlər: 12
Baxılıb: 1906
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri