Gülməli xəbər :D

Müəllif: YalniZ-ArZu
Şərhlər: 7
Baxılıb: 3 107
Səs ver:
(səs: 1)
Mənim Ən romantik münasibətim artıq kilolarımladı. Hər zaman onun haqqında düşünürəm, onu hiss edirəm. Arada ayrılırıq, sonra qismət bizi yenidən birləşdirir.:sisko:

*****

-Ata sən gözüyumulu qol çəkə bilərsən?
-Hə çəkərəm nolubki?
-Onda gözlərini yum gündəliyimə qol çək:sair:

*****

Təcili yardımın sürücüsü həkimdən soruşur:
-Bu cavan oğlan narkomandı?
-Xeyr, niyə belə düşündünki?
-Sadəcə bir həftədə artıq 4-cü dəfədi zəhərlənir, onu toksikologiyaya aparırıq.
-Bu oğlan yeni evlənib, sadəcə arvadı yemək bişirməyi öyrənir.:cadu:

*****

Əsl qadın dostluğu yoxdur bunu hamı bilir. Qadınla kişi arasında da dostluq ola bilməz. Burdan da bir sual çıxır ortaya - Bəs qadın kiminlə dostluq eləsin?:kanka:

*****

Mənim internetim iki gündü artıq işləmir. Yüz faiz qonşular pulunu gecikdiriblər. Deyirəm necə də məsuliyyətsiz insanlar vare.:kzgn:

*****

Ərimlə dalaşmışam. İndi acıq edirəm nə yemək bişirirəm nə paltar yuyuram, nə ev təmizləyirəm.:hh:..Bircə yenidən barışmasın:dua:

*****

Həkim xəstəyə dərman yazır. Xəstə deyir:
-Doktor həmdə mənə dəlilik kağızı verin.
-Dəlilik kağızı nəyinizə lazımdı?
-Çünki 155 manata burun damcısını dəlilik kağızı olmayana satmazlar.:deli:

*****

Keçi balalarını evdə qoyub gedir. Canavar gəlir qapını döyür ana keçinin səsiylə:
-Gözəl balalarım qapını açın döşümdə süd gətirmişəm.
Keçilər ona cavab verirlər:
-Rədd ol burdan canavar! Biz anamızı pivə dalıyca göndərmişik. :alem:

*****

-Siz növbəti dayanacaqda düşəcəksiz?
-Bəli.
-Nə yaxşı, artıq zəhləmi tökmüsüz.:hh:

*****

-Sən hardasan?
-Cəhənnəmdə.
-Anladım...Məktəbdən çıxan kimi zəng elə.:tel:

*****

-Anacan bu gün məktəbdə bizə yazmağı öyrətdilər.
-Bəs sən nə yazdın?
-Bilmirəm, hələ oxumağı öyrətməyiblər.:09:

*****

Adəmlə Həvva ona görə cənnətdə yaşayırdılar ki heç birinin qaynanası yox idi:melek:

*****

Bir saatlıq internetimizi kəsdilər. Öyrəndim ki indi yay fəslidi, bir az evimizin otaqlarını gəzdim, valideynlərimlə tanış oldum. Həmdə sən demə balaca qardaşım da varmış :sowu:

*****

Yeni nəslin etiket qaydalarına görə, səhər yuxudan oyanan kimi bütün sosial şəbəkələrdə qurcalanmalısan sonra da səhər yeməyinə getməlisən...əlində telefon mütləqdi.:telefon:

*****

Qadınla mübahisəni bitirməyin ən yaxşı yolu, özünü ölülüyə qoymaqdı.:intihar:

*****

Ölüm cəzası alan məhkumu asmağa aparırlar. Son arzusunu soruşurlar deyir:
-Çoxlu ərik yemək istəyirəm.
-İndi axı yanvardı.
-Heçnə olmaz, mən gözləyərəm.:hmmm:

*****

-Əzizim mən sənin ayaqlarına bütün dünyanı sərərəm.
-Sən canın düşükləmə, qlobusu qoy yerinə :dv:
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 3 107
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri