Gülmək sizə yaraşır))

Müəllif: Diablo
Şərhlər: 5
Baxılıb: 2 734
Səs ver:
(səs: 2)
Bir gün gözəl və ağıldanyüngül bir qadın gəlib Sokrata deyir: Təklif edirəm ki, mənimlə evlənəsiniz.
Bizim bir övladımız olar. O, gözəllikdə mənə, ağılda isə sizə oxşayar. Sokrat gülüb deyir:
- Belə olsa, yaxşıdı. Amma qorxuram tərsinə ola, ağılda sizə, gözəllikdə mənə oxşaya.

Sokrata bir nəfər təpik vurur. O isə heç nə olmamış kimi, yoluna davam edir. Soruşurlar, böyük flosof, o heyvərənin cavabını niyə vermədin?
Sokrat deyir:
-Sizə bir heyvan təpik vursaydı, siz də belə etməzdinizmi?

Deyirlər, məşhur sufi Bəyazid Bistaminin bir yəhudi qonşusu var imiş. Bir gün ondan soruşurlar ki, belə böyük bir şəxsiyyətin qonşususan, nə əcəb islamı qəbul etmirsən? Yəhudi deyir: «Onu kimi müsəlman olmağa güjüm çatmaz. Sizin kimi müsəlman olmaqdan isə, olmamaq yaxşıdır».

Bakı kəndlərindən bir kişi neft buruqlarında işləyirmiş. Bir gün bunun başına turba düşür və ölür. Orada bir həmkəndlisi varmış. Göndərirlər ki, get xəbəri bunların ailəsinə çatdır. Xəbərdarlıq da edirlər ki, bax ha, qəflətən demə, yavaş-yavaş. Kişi deyir, uşaq ha döyüləm, xatirjəm olun. Gəlir həmkəndlisinin evinə. Qapının zəngini basır. Qapını uşaq açır. Kişi soruşur: 
-Atan evdədi?
-Yox.
-Hardadı?
-İşdə.
-Nə vaxt gələr?
-Axşam.
-Ay gəldi yaa, ölüb eee!.

Kafeyə iki kovboy girir. Stolların birinin ətrafında üç kişi oturubmuş. Kovboyun biri o birinə deyir: «O stoldakı sarışını görürsən?» Dostu deyir: «Onların üçü də sarışındı». Kovboy deyir: «Bığlını deyirəm». Dostu deyir: «Onlar üçü də bığlıdı». Kovboy deyir: «Sambrerolunu deyirəm». Dostu deyir: «Onların üçü də sambreroludu». Kovboy əsəbiləşir. Piştoyu çıxırıb onların ikisini vurur. Sonra dostuna deyir: «O sağ qalanı deyirəm.... Bilirsən, nə alçaqdı...!».

Şahın bir kişiyə qəzəbi tutur və əmr edir ki, ona yüz şallaq vursunlar. Hər dəfə şallaq belinə təmas edəndə kişi deyirmiş: «Sağ ol, şahım». Şah deyir, dayanın. Sonra kişidən soruşur: «Bu nədi? Mən səni döydürürəm, sənsə təşəkkür edirsən? İzah elə» Kişi deyir: «Şahım, sən özbaşına bir adamsan. Əlinin üstündə əl yoxdu. Kefin istəsə, istənilən günahsız adamı, elə məni də dar ağacından da asdıra bilərsən və ya əmr edərsən, iki şaqqa da eləyərlər, şirlərə də atdıra bilərsən. Amma sən bunların heç birini etmirsən, sadəcə, döydürürsən. Ona görə deyirəm: «Sağ ol, şahım».

Bir kişi bir evə qonaq gedibmiş. Ev yiyəsinin iti hürür və qonaq gedən kişi qorxub geri çəkilir. Ev yiyəsi çıxıb deyir ki, ay qardaş, qorxma, eşitməmisən, məsəl var, "Hürən it tutağan olmaz"? Qonaq cavab verir ki, o məsəli mən bilirdim, dedim, birdən sizin it bilməz.

Bir qabrovolunun əkiz uşaqları varmış. Şəhərdə institutda oxuyurlarmış. Bir gün atalarına məktub yazırlar ki, bizə iyirmi manat pul göndər, şəkilimizi çəkdirək, sizə göndərək, görün nejə dəyişmişik. Ata on manat göndərir və məktuba belə cavab yazır: «Bala, biriniz çəkdiriin, yetər, bir-birinizə oxşayırsınız, əlavə xərc nəyə gərək?» 

Deyirlər, bir qoca kişi bir həkimin yanına gedib ayağının ağrısından şikayət edir. Həkim soruşur: «Neçə yaşın var?» Qoca «səksən» deyə cavab verir. Həkim deyir: «Səksəndəndi». Qoca deyir: «Həkim, yaxşı, mənim o biri ayağımın da səksən yaşı var, bəs niyə o ağrımır?»
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 2 734
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri