Gülüş dolu anlar))

Müəllif: Diablo
Şərhlər: 8
Baxılıb: 2 667
Səs ver:
(səs: 1)
Xəstə həkimdən soruşur:
- Həkim, düz deyirlər ki, yer kökü görmə qabiliyyətin yaxşılaşdırır?
- Həqiqəti deyirlər! Heç nə vaxtsa eynəkli dovşan görmüsən?

Pasient nevropatoloqa şikayət edir:
- Doktor, bilirsiniz, arvadımla yola getmək necə çətindir? O mənə sual, sonra o suala cavab verir. Sonra da yarım saat mənə suala niyə səhv cavab verdiyimi izah edir.

Həkim xəstədən soruşur:
- Necə yatırsan?
- Qaranlıq otaqda, pijamada, ayaqqabısız.

Əməliyyatdan əvvəl xəstə həkimdən soruşur:
- Doktor, əməliyyatdan sonra mən fleytada çala biləcəm?
- Sakit olun. Əlbəttə ki, çalacaqsınız.
- Mən heç vaxt fleyta çala bilməmişəm. Siz həqiqətən yaxşı cərrahsınız.

Əməliyyatdan sonra:
- Doktor, avtoqəzadan sonra mənim başımı tikmisiniz?
- Bəli. Tikişə hansısa etirazınız var?
- Yox, tikiş yaxşıdır. Ancaq baş mənim deyil.

Həkim xəstədən soruşur:
- Görünür, Siz bu yaxınlarda sarsıntı keçirmisiniz?
- Bəli, gözlərimin qarşısında kompüteri spirtlə yudular.

Həkim xəstəyə deyir:
- İçməsən, ömrünü uzadacaqsan.
- Düz deyirsiz, doktor! Bir həftə içmədim, həftə mənə il qədər uzun göründü.

Dəlixanada dəlilərə pyes oxudulur. Oxuyub qurtarandan sonra dinləyicilərdən fikirlərini öyrənirlər. Biri ayağa durub deyir: «Pyes xoşuma gəldi. Ancaq orda personajlar yaman çox idi».
Bu dəm sanitar içəri girib soruşur: «Dəlilər, telefon kitabını kim götürüb?»

Uşağ anadan olan kimi həkimlərə deyir:
- Gəlin sizinçin kvadrat tənliyi həll edim.
«Bu indi belə ağıllıdırsa, böyüyəndə necə olacaq?» fikirləşən həkimlər uşağın beyninin dörddə bir hissəsini kəsirlər. Özünə gələn uşaq həkimlərə deyir: «Gəlin loqarifm həll edim». Bu dəfə həkimlər onun beyninin yarısını kəsirlər. Özünə gələn uşaq sadə tənlik həll etmək istədiyini deyir. Bu dəfə həkimlər onun beyninin hamısını kəsib çıxarırlar. Əməliyyatdan sonra ayılan uşaq həkimlərə şübhəli nəzərlərlə baxıb deyir: «Siz kimsiz? Sənədlərinizi göstərin!

Yuxusuzluqdan əziyyət çəkən boksçu həkimin yanına gəlir. Həkim məsləhət verir: «Yatmağa uzanandan sonra saymağa başlayıb».
Boksçu:
- Yox, bu, mənlik deyil. Doqquza çatan kimi ayağa qalxıram.
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 2 667
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri