Həkimin qəbulunda: - Doktor, son vaxtlar çox əsəbi olmuşam. Hirslənirəm, qışqırmağa başlayıram. Kömək edin, doktor!
- Çoxdan bu Sizi narahat edir? - Əsəbiləşdirmə məni, əclaf.
Nevropatoloqun qəbulunda ana və dörd yaşlı oğlan. Həkim soruşur: - Oğlan, pişiyin neçə ayağı var? - Dörd. - Neçə qulağı var? - İki. - Pişiyin quyruğu var? - Ana, bu axmaq heç vaxt pişik görməyib?!!
- Doktor, kömək edin. Mənə elə gəlir ki, atam! - Kömək etmək olar. Ancaq bunun üçün çoxlu pul tələb olunur. - Problem deyil. Dünən mən at yarışlarında qalib gəlmişəm!
Müxbir dəlixananın müdirindən soruşur: - Xəstənin sağaldığını necə müəyyən edirsiniz? - Vannaya su töküb, sonra onun yanına qaşıq və dolça qoyuruq. Müxbir gülə-gülə: - Hər bir normal adam dolçanı götürər. - Yox, normal adam vannanın tıxacını çıxarar.
Psixiatr xəstəni sakitləşdirir: - Siz deyirsiniz ki, hər gün pəncərənizin qarşısından yük maşınları keçir, sürücülər də pəncərədən Sizə baxır? Bu hələ o demək deyil ki, Sizin psixikanızda problem var. - Doktor, doğrudan? - Əlbəttə. - Ancaq altıncı mərtəbədə yaşadığımı sizə deməyə unutmuşam.