Prikol atalar sözləri - 2

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 7 788
Səs ver:
(səs: 3)
Qız evi restoran danışır, oğlan evinin xəbəri yox.

Soğan yeməmisənsə niyə it iyi verirsən?

Od olmayan yerdə kabab bişirmək olmaz.

Səndən hərəkət, məndən bərəkət. ( Vergilər imkan versə)

Anasına bax qızını al, atasına bax maşınını.

Röya zənciyə qara demiş, zənci gülməkdən ölmüş.

Torpaq deyər- Öldürmə məni, firla məni balalarının başına. . .

Kasıb öləndə molla məzuniyyətdə olar.

Batırmayan bəbəyə pampers yoxdur.

Ayı qandı-kürd qandı.

Pişik balasını acından yeyər.

İt itin ayağını pedikür eləməz.

Qarğa, məndə kakos var.

Ətini yesəm də, kartofunu sənə saxlayacam.

Su meymunun boğazına qədər qalxanda akvalanq paltarı geyinər.

Meymun baxdı güzgüyə, makiyaj elədi.

Cəhənnəmə gedən özü ilə kondisioner aparır.

Tələsən tıxaca düşər.

Qudurasan qurbağa, başlayasan saçlarını burmağa.

İgid ölər bankda pulu qalar.

Təzə ay çıxanda köhnəni ulduzlarla barter edərlər.

Ağa Nəzərəm, Mersedesdə gəzərəm.

Yaxşı dost ad günündə tanınar.

Stamatoloq verən atın dişinə baxmazlar.

Rüqzakda pişik var.

Yaxşı at özünə tatiurovka döydürməz.

Borclu borclunun mobil telefonunu əlindən alar.

Tənbələ dedilər, qapını ört, tənbəl pultu basdı qapı örtüldü.

İlanı yuvasından çıxarırlar, yuva plana düşüb.

İlanın ağına da lənət, qarasına da. Mavisi ilə işin olmasın Avropa Şurasına şikayət edər.

İlan vuran kabeldən qorxar.

Dünya bir plastik pəncərədi, almağa pulu çatmayan gələr, baxar gedər.

Karın könlündəki, korun qulağındakı.

Dərə xəlbət, tülkü makler.

Bala "baunty"dən şirindi.

Hay-hayla gələn İbrahim Tatlısəslə gedər.

Yaxtan olunca bəxtin olsun.

Qadın yıxan evi heç bələdiyyə də yıxmaz.

İgid odur atdan düşə atlana, igid odur kreditə yox, nəğd ala.

Ver yeyim, ört yatım, gözlə adım çıxmasın.

Yalançının evi yandı, Nəsimi rayon Yanğınsöndürmə idarəsi inanmadı.

Tutulmadınsa, rüşvətxor deyilsən.

İt itin ayağını basmaz. Pedikürü pozular.

Gözələ baxarlar. Yanında oğlanı olmasa.

Hər şeyimiz düzəldi, qaldı bircə saqqal fenimiz.

Salam aldın, çek tələb et.

Bir oğlan bir oğlanındı. Tbilisi prospektində

Hər gözəlin bir eyi var. Mənim də.

Pişiyin əli ətə çatmayanda gedib nərdivan gətirər.

Qozbeli aerobika düzəldər.
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 7 788
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri