Prikol atalar sözləri - 3

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 16224
Səs ver:
(səs: 2)
Lələ köçüb Əhmədliyə, yurdu verib kirayəyə.

Quzunu tapşırıb qurda, qurdun da dişləri yoxdur.

Uzaq qohumdansa yaxşı yerdə işləyən qonşu yaxşıdır.

İki qoçun başı bir qazanda qaynamaz. Qaz az gəlir.

Qızı özbaşına buraxsan ya sekuritiye gedər, ya da sintizator çalana.

Qara qızın problemi var.

Qızını döyməyən bar müdüründən inciməsin.

Bələdiyyədən çıxdıq, İcra hakimiyyətinə düşdük.

Su axar çuxurunu tapar-alt mərtəbədəki qonşunun evi batar.

Balıq bilməsə də Xalıx bilər, balığa deyər.

Niyyətin hara, mənzilin ora. Əsas odur qazı, işığı, suyu daimi olsun.

Qız barda gəzir yox xəbəri oğlanların.

İlanı yuvasından çıxarırlar, yuvanın sərəncamı yoxdur.

Sabun əli yuyar, əl də qayıdar. . . amma həmişə yox.

Kosmetika sevən göyçək olar.

Yetimdən soruşdular ki, kimi vurarsan? Dedi: "Çörək sexinin müdirini".

Yel əsir, "podruqa"lar oynayır.

Ağa deyir, sür dərəyə. Sürmürəm, özün sür get.

Gədədən mer olmaz.

Allah min dərd verəndə, min bir dərman firması verir.

İnək göz eləməsə, kəl "balkon"un altında dayanmaz.

İtlə dostluq et, boks əlcəyini əlindən çıxarma.

Pul əl çirkidir. Varlılar əllərini yumur?

Kor nə istər. İki göz. İkisi də düz.

Anası gəzən ağacı balası Mersedesdə gəzər.

Təmizlik imandandi. İman "Tide"satır.

Yalan ayaq tutar pedikür eliyər.

Görməmişin bir oğlu oldu. Apardı kulinariya kursuna yazdırdı.

Qızı mindirərsən maşına o da çıxar başına.

Arvad evin dirəyidi. Küncdə.

Aşıq eldən gələr, oğul Ursetdən.

Pinqivin vurub qazan doldurur.

Sevginin gözü kor olar, sevgilinin qulağı şəlpə.

Qoduq oynayanda qar yağar. Qoduqlar rəqs dərnəyinə gedir.

Xeyir söyləməzə dedilər ki, xeyir söylə, dedi:" Allah xeyir versin"

Suda boğulan akuladan yapışar.

Özgəsinə quyu qazan özü düşər quyunun dibinə beton tökər.

Donuzu bostandan sərəncamla çıxardarlar.

Hamının gedəni Təcili yardım kimi gəlsin.

Kimin əvvəli, serialın axırı.

Dost üzə baxar düşmən ayağa. Əgər baxılan obyekt mini yubka geyinməyibsə.

Bunların arasında ala qarğa bala çıxarmaz. Gedər doğum evinə.

Beş yeyənin olsun, on içənin. Bir yazanın olmasın.

Ustadına kəm baxanın fonoqramması kəsilər.

Əsgərlik ondu, doqquzu Rusiyada gizlənmək, biri də saxta hərbi bilet almaq.

Yetimə gəl-gəl deyən çox olar, kredit verən az olar.

Ağır otur batman gəl, yüngül otur spiderman.

Deputatliğa namizədin şahidi yanında olar.

Dama-dama şalvar olar.

Çox istəyən az faizlə kreditə götürər.
(səs: 2)
Şərhlər: 10
Baxılıb: 16224
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri