Üzünüz gülsün

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 3 615
Səs ver:
(səs: 9)
1. Oğlan sevdiyi qıza zəng edir. Telefonun dəstəyi götürülən kimi, oğlan deyir.
- Salam. Mənim dovşanım, maralım, ceyranım....
O biri tərəfdən cavab almadığı üçün soruşur.
- Mən kimlə danışıram?
Qızın atası.
- Meşəbəyi ilə..

2. Rayondan qatarla Bakıda təhsil alan oğlunun yanına gedən ata özü ilə bir qoyun aparır.
 Sərnişinlərdən biri soruşur.
- Bu nədir, qoyundur?
Kişi cavab verir.
- Yox bu rüşvətdir,  ,,qoyun,, Bakıda oxuyur.

3. Ərlə arvad oturublar soba başında, və ər arvadına qadınların və kişilərin gündə neçə söz istfadə etməkləri barədə məqalə oxuyur.
Ər. Siz qadınlar gündə kişilərdən iki dəfə çox söz istifadə edirsiz.
Arvad. Əlbəttə, çünki siz kişilərə sözləri iki dəfə deməli oluruq.
Ər. Nəəə?

4. Nənə nəvəsinə deyir.
- Balam, yenə bu gecə yuxuda uçurdum...
Nəvə..
- Ay nənə, neçə dəfəf demişəm ki, sənin dərmanların o biri qutudadır...
 
5. - Sənə nə olub ki, belə hirslisən?
 - Bir az əvvəl keçmış həyat yoldaşımın əri mənə zəng etdi...
 - O sənə nə dedi?
 - Mənə söydü ki, niyə bu üç il ərzində ona kotlet bişirməyi öyrətməmisən?
 
(səs: 9)
Şərhlər: 12
Baxılıb: 3 615
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri