Neçə belə təbəssümlərə :)

Müəllif: my_angel
Şərhlər: 9
Baxılıb: 3 244
Səs ver:
(səs: 7)
- Sənə on konfet verirəm, yarısını qardaşına ver.
- Yaxşı!
- Verdin?
- Verdim!
- Neçəsini?
- Üçünü.
- Məgər sən 10-u 2-yə bölə bilmirsən?
- Bilirəm, amma o bölə bilmir.

***

- Neçə dəfə sənə demişəm, sağ əlində bıçağı, sol əlində çəngəli tut!
Uşaq narazı-narazı deyir:
- Bəs əti hansı əlimdə tutum?

***

Ana oğluna:
- Bu qədər dəcəllik eləmisən. Axşam yeməyi yeməyəjəksən. Bu da olar sənin cəzan!
Yeməyini təzəcə yeyib qurtarmış ata:
-Yaxşı olardı ki, bişirdiyin supdan ona verəydin. Bu ona lap böyük cəza olardı.

***

Ata qol saatına baxıb deyir:
-Saatım dayanıb, gərək ustaya aparım təmizləsin!
Balaca qız öz otağından söhbətə qarışır:
- Yox ata, o təmizdir, onu səhər şampunla yumuşam!

***

Həkimin otağında:
- Həkim kömək eləyin mənə, Hər gün yuxuda görürəm ki siçovullar futbol oynayır.
- Mən sizə elə dərman yazacağam ki, siz daha yuxu görməyəcəksiniz.
- Yazın, yazın, amma bu gün həmin dərmanları qəbul edə bilməyəcəyəm!
- Niyə?
-Çünki bu gecə final oyun olacaq.
- Həkim, arvadım ezamiyyətə gedib, uşağı mənə tapşırıb. Mən də ona çox yaxşı baxıram. Hər gün havada gəzdirirəm, masac elətdirirəm, idman elətdirirəm, bununla belə nejə baxıram, hər gün çəkisini itirir, arıqlayır.
- Bəs nə yedirdirsən ona?
- Həkim, mən də deyirəm axı, nəyi isə yaddan çıxartmışam, neçə gündür uşağa heç nə yedirtmirəm, yəqin ona görə arıqlayır.

***

- Ana, deyəsən nənənin yaddaşı tamam pozulub!
- Niyə ki?
- Nənə hər dəfə məni tanımır, qapıda görən kimi deyir:
- Baxın, görün bizə kim gəlib?

***

- Ana, yadında, demişdin, jümə günü tarixdən 4 qiymət alsam, şənbə bütün günü həyətdə oynaya bilərəm.
- Yadımdadır, məgər dərsdən 4 aldın?
- Ana, elə qiymət almışam ki, şərtimizə görə anjaq yarım gün həyətdə oynaya bilərəm.
- Oğlum, yenə nəyə görə müəllimə səndən şikayət edir?
- Ana, ona inanma, o düz danışmır. Bilmirəm nejə olur ki, belə yalan danışan müəlliməyə uşaq tərbiyə etməyi etibar edirlər? Mən heç bu gün dərsdə olmamışam.

***

Əvvəllər mənim körpəm səhər oyananda mən çox narahat olurdum. Çünki o tamam yaş olurdu. Mən bezmişdim, çünki hər cür uşaq bezlərindən istifadə edirdim, amma heç birinin köməyi olmurdu. Nəhayət mən çıxış yolu tapdım. Evin tavanını təmir elətdirdim. Daha evə yağış suyu tökülmürdü.

***

Zooparkda elan: "Çox maraqlı bir şou görmək istəsəniz bizə gəlin, hər ayın axırında, Açıq qapı günündə!

***

Televiziyaya məktub : Xahiş edirəm seriallar arası aşağıda verdiyiniz yazını verməyəsiniz. Nənəm elə bilir karaokidir, oxuyur.

***

Ata oğlanlarını yanına çağırıb deyir:
- Tez həkim çağırın, elə xəstələnmişəm, qolumu qaldıra bilmirəm!
Qardaşlar pıçıldaşdılar:
- Əsl vaxtdır pəncərəni sındırdığımızı deyək?!
- Deyək!
(səs: 7)
Şərhlər: 9
Baxılıb: 3 244
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri