Biraz gülək :)

Müəllif: aLoNe AnGeL
Şərhlər: 12
Baxılıb: 4 417
Səs ver:
(səs: 7)
Bir gün Aysun Məmmədova sevinə-sevinə evə gedir.
Qonşusu soruşur : Nə olub, yaman sevinirsən ?
Aysun: Bu gün qaynanamın ad günüdür.
Qonşu : Nə almısan ?
Aysun : Sırğa.
Qonşu : Bəs bu tüfəngi neyləyirsən ?
Aysun : Qulağını deşəcəm...  
 
-Ay Fidan, pişiyi yumazlar günahdır.
Fidan: Heç nə olmaz, qoy təmiz olsun.
Sabahı gün:
- Ay Fidan, pişik noldu?
Fidan: Öldü.
- Gördün, day yuyanda öləcək dəə. 
Fidan: Yuyanda ölmədi, sıxanda öldü.   

Bir qız Nonstopdan soruşur:
- Eşqim, indiyə kimi neçə sevgilin olub?
Nonstop cavabında deyir:
- Saymıram, sayanda bərəkəti qaçır.  
 
Bir gün adamın biri arvadını vəhşicəsinə öldürür. Məhkəmədə hakim soruşur:
- Niyə öldürmüsən?
adam: Arvadım dünən mənə dedi ki, Hacı Şakirlə çimmişəm!  
 
Bir gün Əzrayıl Narının yuxusuna girir və deyir ki, sənin hələ 50 il ömrün var. Artıq qocalıb 60 yaşında olan Narın cavanlaşmaq istəyir və plastik əməliyyat üçün xəstəxanaya gedir. 10 gündən sonra xəstəxanadan çıxıb evə gələndə Narını yolda maşın vurub öldürür. Narın gedir o biri dünyaya. Orda həmin Əzrayılı görür və soruşur ki, bəs mənə demişdin 50 ildə yaşayacaqsan nə oldu? Əzrayıl Narına baxır  və deyir: 
- Boy az səniydin o, sən öl tanımadım.

Bir gün S A M I R... Dəniz-ə zəng vurub deyir:
Samir: Xanım sizə soyuducu lazımdır?
Dəniz: Xeyr, lazım deyil!
Samir: Onda çıxardın qoyun qapının ağzına indi gəlib götürəcəm.  
 
Bir gün Asi "Nur"-a zəng vurur:
Asi: Hardasan? 
.Nur: Yoldayam indi çatıram.
Asi: Başın batmasın sən ev telefonunu üstündə gəzdirirsən? 

Nəzrinin evinə pişik dadanır. Bir gün Nəzrin pişiyi aparır meşəyə ki, azdırsın. Gəlir evə görür ki, pişik ondan qabaq gəlib. Nəzrin təzədən başqa yerə aparır, yenə eyni şey olur. Axırda Nəzrin pişiyi çox uzaq yolla qarma-qarışıq bir yerə aparıb tullayır. Qayıdanda yolları özü də səhv salır. Zəng vurub evə deyir :
- Pişik gəlib evə?
Evdəki: Hə, gəlib.
Nəzrin: O heyvanın balasına denən ki, gəlsin məni aparsın.
 
Bir gün Aida M-ova piano alır, məhləyə çatanda qonşularına deyir ki, bunu 10-cu mərtəbəyə qaldırmağa mənə kömək edərsiz? Mən də hər mərtəbədə 1 lətifə danışacam sizə.
Qonşular razılaşırlar. 9-cu mərtəbəyə çatanda Aida M-ova deyir: İndi sizə eləsin danışacam ki, öləcəksiniz gülməkdən, deyirlər danış.
Aida M-ova: Bloku səf salmışam bura bizim ev deyil.
 
Mamed gözündə yumruq izi evə gəlir. Anası onu görub həyəcanlanır.
Ana: Bu nədi? Sənə nə olub?
Mamed: Yadında hər gecə saat 2-də mən sinif yoldaşlarımdan birinin evinə zəng vurub soruşurdum: "Tapın görüm mən kiməm?"
Ana: Hə, nə olsun ki?
Mamed: Heç nə, bu gün biri tapdı. 
 
Mamed başını yuyur və birdən qışqırır:
Mamed: Anaaa?
Ana: Niyə qışqırırsan?
Mamed: Normal şampun gətir
Ana: Ordakı, normaldı da. 
Mamed: Burda yazılıb ki, quru saçlar üçün mən isə artıq saçlarımı islatmışam.
 
Polis qırmızı işıqda keçən Sonaya qışqırır:
-Ay xanım, hara gedirsiniz?
Sonay:
-Anamgilə gedirəm. Ərimə demişəm, sənə də hesabat verməliyəm?
(səs: 7)
Şərhlər: 12
Baxılıb: 4 417
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri