Mütləq bilməli olduğumuz psixoloji faktlar

Müəllif: YalniZ-ArZu
Şərhlər: 8
Baxılıb: 3 703
Səs ver:
(səs: 1)
Özümüzlə bağlı nə qədər kəşflər etsək də, çox az bilirik. Bilik daxılımıza bir neçə psixoloji fakt atmaq lap yerinə düşər:

Dünya tarixində kor doğulmuş insanlarda heç vaxt şizofreniya müşahidə olunmamışdır.

İmtina cavabı aldığımız zaman beynin fiziki ağrıya cavab verən hissəsi işə düşür və nəticə etibarı ilə fiziki ağrı hiss edirik.

Yorğun olduğumuz vaxtlarda ağlımıza kreativ fikirlərin gəlmək ehitamlı daha yüksəkdir.

Qucaqlaşdığımız zaman orqanizm oksitosin ifraz edir. Bu hormon həm də sevgi hormonu adlanır. Oksitosin özümüzü güvəndə hiss etməyimizi təmin edir.

Şokolad yediyimiz zaman aşiq ikən ifraz olunan hormon ifraz olunur. Şokolad sevgidir!

Kiməsə qarşımıza qoyduğunuz məqsəd haqqında danışdığımız an həmin məqsədə çatmaq şansımız azalır. Bu fakt 1930-cu ildən etibarən aparılan araşdırmalar zamanı aşkar edilmişdir.

Qarşımızdaki insan nəyisə xatırlamağa çalışdığı zaman gözlərimizin içinə baxırsa, yalan danışır deməkdir.

Dostlarımızın sayı məhduddur. Psixoloqlar və antropoloqların apardığı araşdırma göstərmişdir ki, bir insanın maksimum 150 daimi sosial əlaqəsi ola bilər.

İnsanın bizə qarşı münasibəni öyrənmək istəyiriksə, gözlərinin içinə baxmalıyıq. Göz bəbəkləri genişlənibsə, insan bizə qarşı biganə deyil deməkdir.

Dua və meditasiya edən insanlar stresə daha dayanıqlıdır.
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 3 703
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri