Flakka – insanları zombiyə çevirən maddə - VİDEO

Müəllif: Son Bahar
Şərhlər: 4
Baxılıb: 1542
Səs ver:
(səs: 0)
Zombi filmlərinə baxdıqda insanlarda bir sual yaranır ki, həqiqətən insan bu formaya düşə bilərmi? Artıq bu sualın cavabını günümüzdə açıq-aşkar görə bilirik. Son günlərdə flakka həyəcanı dünyanı bürüməkdədir. Bəs flakka adlanan bu maddə nədir? İnsanlara necə təsir edir? Bu sualları cavablandıracaq post hazırladıq.

Flakka – elmi dildə adı alpha-Pyrrolidinopentiophenone (formulu: C15H21NO) olan narkotik maddədir. Daha öncəki illərdə Amerikada aşkarlanmış, satışı qadağan edilmişdir. Ancaq son illərdə yenidən gündəmə gəlmişdir. 2016-cı ildə amerikalı bir gənc flakka qəbul etdikdə sonra başqa bir insana hücum edərək üzünü dişləmişdir. Araşdırmaçılar flakkaya olan marağın əsas səbəbinin digər narkotik maddələrdən daha ucuz satıldığına görə olduğunu bildirir. Flakka qəbul edilən zaman ürək döyüntüsü və təzyiq artır. İnsanlarda paranoya, hallusinasiyon və digər psixi pozğunluqlar yaradır. Bununla insan qeyri-adi gücə malik olduğunu düşünür, eyni zamanda ətrafdakıları fərqli canlı olaraq görməyə başlayır. Maddəni istifadə edən insanı 4-5 saat təsir altında saxlayır, bu müddət 8 saat da ola bilər. Əsas əlamətləri qəribə, qorxulu hərəkətlərdir. Təsir keçdikdən sonra şəxslərin əksəriyyəti ürək infarktından dünyasını dəyişir, sağ qala bilənlərdə isə ciddi beyin problemləri qalmaqda davam edir.

Maddənin satışı, istifadəsi qadağan olunduğu üçün digər formalarda da satışda ola bilir. Amerika, Avropa və Türkiyə mediasında son günlərdə ən çox danışılan mövzudur. Sizə 2016-cı ildə maddəni qəbul etmiş şəxslərin hansı hallara düşdüyünü videolarda təqdim edirik.

Diqqət: Həssas və ürəyi zəif olan şəxslərin baxması məsləhət görülmür.



(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1542
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri