Benzinin, boyanın iyindən xoşunuzgəlirsə... TƏHLÜKƏLİ SİMPTOM

Müəllif: Onun_Mələyi
Şərhlər: 6
Baxılıb: 1 656
Səs ver:
(səs: 0)
Bəzi insanlar var ki, onların qeyri-adi iylərdən - benzin, boya və s. - xoşu gəlir.
Bu normal hal deyil və bir çox hallarda orqanizmdə dəmirin çatışmazlığından xəbər verir. Beləinsanlarda həmçinin diş pastası, təbaşir, qum, buz, torpaq yeməyə qəribə istək olur.

Dəmir orqanizmdə olduqca böyük rol oynayır. Ən əsası dəmir oksigenin saxlanması və orqanizmboyu daşınmasında iştirak edir.
Həmçinin dəmir bir çox metabolik, qanyaratma proseslərində, immunsisteminin fəaliyyətində, bəzi hormonların və fermentlərin istehsalında və bir çox digər proseslərdə vacib rol oynayır.

Məhz bu səbəbdən orqanizmdə dəmirin
çatışmazlığı (buna"dəmirdefisitli anemiya" deyilir) ciddi pozulmalara yol açır.Dəmirin orqanizmdə çatışmazlığı özünü bu kimi simptomlarla büruzə verir:

- Əsəbilik, ağlağanlıq, baş ağrıları, baş gicəllənməsi, bayılmalar.

- Taxikardiya, ürəkdə ağrılar, təngənəfəslik.

- Ağız boşluğunun selikli qişasının quru olması, dilin üzərində çatlar.

- Tez yorulma, zəiflik.

- Yaddaşın və diqqətin pisləşməsi.

- Uşaqlarda fiziki və əqli inkişafının ləngiməsi.

- İmmunitetin zəifləməsi.

- Dırnaqların nazik və kövrək olması, saçların tökülməsi, ağzın qıraqlarında çatlar və s.
Yuxarıda qeyd etdiyimiz kimi, qeyri-adi maddələri (torpaq, təbaşir, qum) yeməyə və qeyri-adiiylərə meyillilik də orqanizmdə dəmir çatışmazlığının əlamətlərindən biridir.Özünüzdə bu simptomları müşahidə edirsinizsə, mütləq həkimə müraciət edin.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 1 656
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri