Dəri haqqında

Şərhlər: 5
Baxılıb: 1 874
Səs ver:
(səs: 0)
Dəri özündən altda yerləşən toxumaları müxtəlif mexaniki zədələrdən qoruyur, bədənə xəstəlik törədən mikrobları və yad maddələri keçməyə qoymur. Həmçinin, dəri toxumalardan artıq su itkisinə mane olur və bədənin tempratur tənzimində mühüm rol oynayır. Eyni zamanda, dəri onda yerləşən xüsusi törəmələr – reseptorlar vasitəsi ilə xarici mühitin qıcıqlarını (mexaniki, istilik və s.) qəbul etdiyindən duyğu üzvlərindən biridir. Dəridə olan müxtəlif reseptorlar orqanizmlə xarici mühitin qarışılıqlı təsirində böyük rol oynayır.

Dəri ifrazat orqanı kimi də dissimilyasiyasının son məhzullarının çox az bir hissəsinin orqanizmdən xaric olunmasında iştirak edir. Dəridə ifrazat məsulları tər və piy vəziləri vasitəsilə xaric olunur. Dəridən tər daima xaric olur və bununla bədənin temperaturu və qanın osmotik təzyiqi tənzim olunur.

İnsan bir gündə 500-900 sm³ tər xaric edir. Yay fəslində tərin miqdarı 2-3 dəfə artır.

Dəri hissiyyatı
İnsan oxuduğu kitabın səhifələrini asanlıqla çevirə bilir, çünki əlləri səhifələri hiss etməkdə heç bir problem yaratmır. Eyni şəkildə düz, sürüşkən səthi olan cisimləri də məsələn, stəkanları da əlinə ala bilir. Bir tükə toxunduqda yumşaqlığını, bir qayanı tutduqda bərkliyini hiss edə bilir. Çünki dəri bütün bunları qəbul edib beyinə lazımi siqnalları göndərərək cisimlərin beyində qavranmasına kömək edən xüsusiyyətə malikdir.

İnsan dərisinin altında yerləşən toxunma sinirləri çox həssasdır və bədənə səpələnmişdir. Ən çox sinir ucu barmaq uclarında yerləşir. Bu da insana hərəkət asanlığı verir. Bununla yanaşı, kürəkdə də az sayda sinir ucu var.

İnsan dərisinin nəfəs alma qabiliyyəti yoxdur.

İnsan dərisi bir çox təbəqədən əmələ gələn, içində hissedici sinirlər, qan dövranı kanalları, ventilyasiya sistemləri, temperatur və nəm nizamlayıcıları olan, Günəş şüalarından bədəni qoruyan mürəkkəb orqandır.

İnsan dərisi orqanizmin su tarazlığının pozulmasının qarşısını alır, davamlı və elastikdir, öz-özünü təzələyə bilir, bədəni zərərli şüalardan qoruyur, xarici aləm ilə əlaqəni təmin edir, soyuq və ya isti havalarda bədənin temperaturunu tənzimləyir.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 874
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri