Hər an qarşımıza çıxan HƏYATIN 19 QANUNU

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 1813
Səs ver:
(səs: 0)
Bəzən elə qanunauyğunluqlarla qarşılaşırıq ki, biz bir anlıq inanırıq ki, həyatı hansısa qanunlar idarə edir.

Qadinla.com həyatın 19 qanununu təqdim edir.

1. Bənzərlik qanunu - Bizim həyatımızda təsadüfi heç nə yoxdur. Biz qeyri-şüuri olaraq özümüzə bənzərləri özümüzə doğru çəkərik.

2. Qeyri-mümkünlük qanunu - İnsan qeyri-mümkün nəyisə arzu edəndə işə düşür. Çalışmalıdır öz qüvvəsi daxilində olanı arzu etsin.

3. Bob qanunu - Əgər Bobun hər kəslə problemi varsa, onda Bob hər kəs üçün problem olur.

4. Özünü boğmaq qanunu - İnsanın malik olduğu fikirləri daim inkar etməsi nə vaxtsa üzə çıxır. İnsanın öz hislərini və fikirlərini boğması onun üçün heç də yaxşı nəticələnmir.

5. Şlaqbaum qanunu - Bəzən insana qəfil bir şans doğulur. O an insan cəld qərar verməli və daxilində yatan şlaqbaum maneəsini aşmalıdır. Gözləmək isə bu şansın əldən çıxmasına səbəb ola bilir.

6. Hesab qanunu - İnsan hər zaman hesab verməyə məcburdur. Etdiklərimiz üçün də, etmədiklərimiz üçün də əvvəl-axır hesab ödəməli oluruq. Yadınızda saxlayın, uğursuzluqlardan qaçmaq sizi heç də xoşbəx etməyəcək.

7. Qapılar qanunu - Bizim həyatımız seçimlər zəncirindən ibarətdir. Seçim hər zaman vardır. Bu yalnız onda alınmaz ki, biz heç bir seçim etməyək. Yalnız bunu unutmaq lazım deyil ki, ən yaxşı hərəkət doğru qərar verməkdir. Biz bir qapını seçərkən digər qapıdan vaz keçmiş oluruq.

8. Cazibə qanunu - Bizim istədiklərmizi həyat bizə verir. Lakin qeyri-şüuri olaraq gözlədikdə əlimizə heç nə keçmir.

9. Məhdudlaşdırmaq qanunu 1 - Hər şeyi planlaya bilmərik. Bəzi hadisələr bizim iradəmizdən kənarda baş verir. Biz həmin hadisələrə görə məsuliyyət daşımırıq.

10. Məhdudlaşdırmaq qanunu 2 - İnsan hər şeyə nail ola bilməz. Nələrsə həmişə kifayət etməyəcək. Xoşbəxtliyin açarı nəyə maliksənsə onunla xoşbəxt olmaqdır.

11. Qanunauyğunluq qanunu - Bir hadisə ilk dəfə baş verirsə, onu təsadüf, ikinci dəfə baş verirsə üst-üstə düşmə, üçüncü dəfə baş verirsə qanunauyğunluq kimi dəyərləndirilməlidir.

12. Fasilə qanunu - Həyatınızda azacıq fasilə götürüb dincəlmək istəyirsinizsə, onu elə bu an edin. Həyatdan gələcək hədiyyəni gözləməyin. Əgər harasa getməyəcəksinizsə, bu elə də qalacaq.

13. Taksi qanunu - Taksi sizi nə qədər uzun yola aparsa, bu o qədər sizə baha başa gələcək. Eləcə də səhv yolla nə qədər uzun getsək, geri dönmək o qədər çətin və baha başa gəlir.

14. Düşüncə qanunu - Bizim xarici dünyamız bizim düşüncələrimizin məhsuludur. Özümüzün uğursuzluğumuzu başqalarında axtarmağa ehtiyac yoxdur.

15. Yolun yarısı qanunu - Başqa insanla münasibətdə sizin zonanız - yolun yarısıdır. Əgər çox irəliləsəniz, onun zonasına girmiş olacaqsınız. Bu sizə nə dərəcədə lazımdır?!...

16. Harmoniya qanunu - İnsan hər şeydə harmoniya axtarır. Özü ilə əla harmoniyada olan insan başqaları ilə də əla yola gedir.

17. Güzgü qanunu - Əgər insan başqalarını qıcıqlandırırsa, özünü də qıcıqlandırmış olur. İnsan başqalarını özünə güzgü etməyi bacarmalıdır. Səhvləri yalnız belə düzəltmək olar.

18. Zəncirvari reaksiya qanunu - Əgər özünüzün pis əhval-ruhiyyənizə məğlub olsanız, bir uğursuzluq digərlərini çəkəcək. Əgər bütün günü arzularla oturub-dursaq bu fantaziyalar heç vaxt reallaşmayacaq. Ona görə də dərhal işə başlamaq lazımdır ki, işlər reallaşsın.

19. Həyatın mənası qanunu - Hər bir insanın müxtəlif həyat mərhələlərində dəyişən həyat mənaları var. Lakin əsas həyat qayəsi dəyişmir.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1813
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri