Heç kəs öz qüsurlarını özü seçmir...

Şərhlər: 4
Baxılıb: 1 985
Səs ver:
(səs: 0)
`-Axı insanlar niyə bir-birilərini ələ salmaqdan həzz alırlar? Niyə cəmiyyət içində bir-birilərini alçaldan insanlar, xarici görünüşə, naxoş ifadələr qoşub zəhər kimi tüpürən insanlar bundan həzz alırlar?
Necə qəribədir.. Necə qəribə insanlarla bir kainatda nəfəs alıb-veiririk..
..Məsələn; İş ya da tələbə yoldaşlarınızla restoranda oturmusuz, biri anidən dillənir ki, filankəsin burnu filan şeyə oxşuyur, filankəsin ayaqları filan şey kimi əyridir, filankəsin boyu filan qədərdir, o ifadələri dilimə gətirə bilmədiyim üçün filankəs və filanlar'ı şərti olaraq qeyd etdim. Axı sizi buna nə vadar edir? Sizin ayaqlarınızın ya da gözlərinizin gözəl olmağı? Bəs heç bir günə, bir səhərə tanınmaz bir halda, qüsurlar içində oyandığınızı fərz etmisiz heç? Ya da bu gün axşam başınıza bir hadisə gəlsə və o hadisə sizi qüsuruna sataşdığınız insanların qüsuru ilə tanış etsə.. Düşünmüsüz heç? Məncə yox, çünkü qüsurlu insanları ələ salan insanlar, belə düşüncəyə əsla malik ola bilməzlər. Və bunu dərk edin ki, heç kəs öz qüsurlarını özü seçmir, bəzən çarəsizcə qarşımıza çıxan yol ilə getməyə məcbur oluruq, qarşımızdaki bataqlıqlardan bizə çirkablı ifadələr gəlsə belə, biz yenə də ümidimizi üzmürük. Tanıdığım o qədər fiziki qüsurlu insanlar var, qəlblərinin gözəlliyini gözlərindən oxumamaq mümkünsüzdür. Hər şeyə, hər kəsə baxmayaraq o qədər sevincli, o qədər ümidli, o qədər xoşbəxt hiss edirlər ki.. İnsan özü onlara baxıb, öz dərdlərini unudur sanki. Bəzilərimiz öz xırda dərdlərini o qədər böyüdür ki, sanki bütün dünyanın yükü çiyinlərindədir, halbuki bu yükü səssizcə qəlbinin bir küncündə daşıyıb, xoşbəxtliyinin dadını çıxarmaqla məşğul olan insanlar mövcuddur. Buna görə də ətrafınızdaki insanlarla həmsöhbətdə olarkən, işlətdiyiniz ifadələrə, etdiyiniz zarafatlara məncə bir neçə dəfə nəzər yetirin, sonra gətirin o cümləni dodaqlarınızın arasına. Onsuz da insanların bir çoxu daş qəlbləri ilə nə qədər zəhərli alovu püskürsə, onlar əsla qırılmaz, alışarlar hər şeyə, qəlblərindəki xoşbəxtliklə, ümidlə baxacaqlar, daha da güclü hiss edəcəklər. Amma həmin daşlara nə qədər gözəllik versəniz, o elə daş olaraq qalacaq..
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 985
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri