Mobil telefonların sağlamlığa zərəri

Müəllif: Banucicek
Şərhlər: 2
Baxılıb: 2 046
Səs ver:
(səs: 0)
Müasir dövrdə mobil telefonların həyatımızın ayrılmaz hissəsinə çevrildiyi hər kəsə məlumdur. Mobil telefonların ixtirasını bəzən telefonun "dünyaya ikinci" gəlişi də adlandırırlar. Simsiz rabitə sisteminin tətbiqi nəticəsində istehsal olunmağa başlayan bu cihazın ixtiraçısı mühəndis Martin Kuper olub. Uzun müddət təkmilləşən telefonlara zaman keçdikcə təqvim, saat, oyunlar, kamera əlavə olundu ki, indiki dövrdə də onlarsız günümüzü təsəvvür edə bilmirik. Gündəlik olaraq evdə, işdə, yolda, səyahətdə, kiminləsə əlaqə saxlamaq, internetdən istifadə etmək, oyun oynamaq məqsədilə mobil aparatları əlimizdən yerə qoymuruq. Bu kimi hallar daha çox gənclərdə müşahidə olunur.
Statistik araşdırmalara görə Azərbaycan əhalisinin 60%-dən çoxu mobil telefon istifadəçiləridir. Bu göstəricilər daha çox şəhərlərdə yaşayan gənc, yeniyetmə və ortayaşlılar arasında üstünlük təşkil edir.
İngiltərəli alimlər 2000 şəxs arasında apardıqları sorğu ilə insanların bir gündə mobil aparatdan nə qədər istifadə etmələri barədə açıqlama veriblər. Sorğuda iştirak edən insanların əksəriyyəti gündə 25 dəqiqə internetə daxil olduğunu, 17 dəqiqə sosial mediada hesabını yoxladığını, 14 dəqiqə oyun oynadığını, 15 dəqiqə musiqi dinlədiklərini və nəhayət 12 dəqiqə telefonla danışdıqlarını qeyd ediblər. Deməli, əsas məqsədin əlaqə qurmaq olduğuna baxmayaraq statistika insanların mobil telefonda alternativ məşğuliyyətlə zaman xərclədikləri üzə çıxardı. Bəs mobil telefonların insanlara nə kimi zərərləri var?!
Alimlərin apardıqları uzunmüddətli araşdırmalarına görə, 24 saatın 35-40 dəqiqəsindən artıq mobil telefon istifadə etmək insan orqanizminə ziyandır. Belə ki, telefonla həddindən artıq danışma eşitmə sinirlərini korlayır, gözü kiçik ekrana zilləyərək saatlarca oyun oynamaq gözdə qızartılar, quruluq əmələ gətirir.
Radiasiyanın insan orqanizminə ziyanı hər kəsə məlumdur. Telefonu söndürükdən sonra belə, onun radioaktiv təsiri olduğu kimi qalır. O da qeyd olunmalıdır ki, ilk vaxtlarda istehsal olunan telefon aparatlarında yalnız bir şüa ötürücüsünün olduğu halda, müasir telefonlarda isə yeni funksiyaların əlavə olunması və təkmilləşməsi səbəbindən bu rəqəm 3 -ə çatıb. Bu isə insan sağlamlığını ilk dövrlərə nisbətən 3 dəfə çox təhükə altına alır. Rusiya alimlərinin cib telefonu istifadə edən 5-12 yaş arası uşaqlar üzərində apardıqları 5 illik araşdırma nəticəsində radiasiya şüalarının uşaqlarda cib telefonu istifadə etməyən yaşıdlarına nisbətən beyin tutumunda azalma, diqqət dağınıqlığı və hafizə pozğunluqlarının olduğu üzə çıxıb”.
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi isə mobil telefonlardan qorunmanın ən sadə üsullarını təklif edib.

-Mobil telefonlarla danışıqlarınızı mümkün qədər konkret edin, şəhərdaxili və ya şəhərarası rabitə xəttinə üstünlük verin.

-Uşaqlara bu vasitədən yalnız məcburi hallarda istifadə etməyə imkan verin və mobil telefonları körpələrdən uzaq tutun, hətta qadınların hamilə olduğu dövrlərdə evdə olan bütün mobil telefonları söndürün.

-Telefonunuzu qulaqcıqlı ötürücülərlə idarə edin (bu zərərin qarşısını tam almasa da, müəyyən miqdarda kömək edir).

-Zəngli saat rejimində baş nahiyənizə yaxın qoymayın.

-Mobil telefonun ən zərərli olduğu vaxt ”“ sənə zəng gələndə və sən nömrəni yığıb “yes” düyməsini sıxdığın anda telefonu başınızdan uzaq tutmaq lazımdır.

Üzərimizdə daşıdığımız cihazın düşmənimizə çevrilməməsi üçün deyilənlərə əməl edib, sağlamlığımza sahib çıxsaq , bu zaman həm özümüzü bəlalardan qoruyar həm də gələcək nəsillərə örnək ola bilərik.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 046
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri