Dünyanı dəyişmək üçün dünyamızı dəyişək

Müəllif: Aykam2001
Şərhlər: 3
Baxılıb: 1 499
Səs ver:
(səs: 0)
Mən, 18 yaşda olan əslində isə 80 yaşlı birinin ruhunu daşıyan qadın.Gün içində beş dəqiqəsi eyni olmayan, ruh halı tez-tez dəyişən, ən gözəl yaşanılası yaşda dünyanı heçnə demədən tərk etmək istəyən o insanam.Hə o mənəm, bəlkə sən də mənim kimisən, bəlkə o da, onlar da.Həyatı sıxıcı, maraqsız zənn edən axmaqlarıq biz.Ən əsası da bunu dərk edirik və yenə həyatı sevməməyə davam edirik.Sizcə niyə? Çünki tənbəlik, bəzilərimizinsə bunu dəyişməyə imkanı yoxdu.Həyatı daha yaşanıla bilən bir yer etmək üçün çalışmırığ, çünki onu həmişə başqalarından gözləyirik.Elə bilirik kimsə hisslərimizə qarşılığ versə həyat laap elə əla olacaq.Amma yanılırıq.Bilirsiz niyə? Çünki insana qalanın onun özü olduğunu unuduruq, özümüz üçün çalışmırıq.Həmişə başqaları nə edər, nə deyər deyə yaşayırığ.Günümüzü daha yaxşı, xoşbəxt keçirmək üçün çalışmalıyıq.Necə? Hobbiləriniz olsun, gün içində müntəzəm rejiminiz olsun, bu gün ingilis dilindən 10 söz öyrənəcəm deyin, bu gün axşam 12-də yatıb səhər 7-də oyanacam deyin, youtube, internet şəbəkələrində lazımsız videolara baxmaq əvəzinə xəbərlər oxuyun, dünyagörşünü artıran məqalələrə baxın, imkan varsa kurslara gedin, edəcəyiniz şeyləri kağıza yazın və etdikcə üstündən xətt çəkin və.s.Bunları bilirik amma etmirik, niyə? çünki tənbəlik hamımız.Özümədə deyirəm, sizə də bunu bacardığımız gün günümüz yaxşı keçəcək, dünyanı dəyişmək üçün dünyamızı dəyişək
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 499
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri