1. Qutu oyunları Evdə maraqlı vaxt keçirməyin ən gözəl yollarından biri qutu oyunlarıdır. Sevdiklərinizə qutu oyunları hədiyyə edərək, karantin dövründə əhvallarını nisbətən yaxşılaşdıra bilərsiniz.
2. Puzzle Meditasiya təsiri yaradan puzzle, karantin dövründə stresdə olanlar üçün ideal hədiyyədir. Zehni boşaltmağa və diqqəti cəmləməyə kömək edir.
3. Boyama kitabı və rəngli qələmlər Boyamanın psixologiya təsir var. Streslə mübarizə aparmaq, sakitləşmək üçün ideal vasitədir.
4. Gündəlik və dəftərlər Bütün dünya çətin dövrdən keçir. Bu dövrdə qarmaşıq duyğular içindəyik və boşluğa düşmək olduqca normaldır. Bu duyğudan xilas olmağın ən təsirli yolu yazmaqdır. Yazmağa marağı olan varsa, ona gündəlik və dəftərlər hədiyyə edə bilərsiniz.
5. Xüsusi fincan və servislər Rahatllıq tapmağın ən təsirli üsulu bitki çayı dəmləməkdir. Bir-birindən gözəl fincan və ya fincan servisini hədiyyə edə bilərsiniz.
6. Kitab İlk ağla gələn hədiyyə təbii ki, kitabdır. Kitab belə günlər üçün iki qat ideal hədiyyədir.
7. Pijama dəsti Təkcə pijama hədiyyə etmək istəmirsinizsə, pijama, kitab və bitki çayından hədiyyə bağlaması hazırlaya bilərsiniz.