Gözümüz niyə “yol çəkir” və ya niyə səyirir? - Bioloji açıqlaması

Müəllif: Diablo
Şərhlər: 4
Baxılıb: 3 498
Səs ver:
(səs: 3)
Bədənimiz gün ərzində bizim istəyimizdən asılı olmayaraq ətrafa qarşı reaksiyalar verə bilir. Bunlar bizim üçün sıradan, diqqətə alınmayacaq reaksiyalardır. Məsələn; göz səyirməsi, gözün “yol çəkməsi” kimi…
Gözümüz səyirəndə "sağ gözüm sağlamlığa, sol gözüm varlığa" deyirlər. Amma bunun bioloji açıqlamasını bilməkdə fayda var.

Qadınla.Com xəbər verir ki, bizə sıradan gələn reaksiyalar bəzi narahatlıqların ön əlamətləri ola bilər.

Göz səyirməsi göz qapağı əzələlərinin təkrarlanan, istəkdən asılı olmayaraq sıxılmasıdır. Göz səyirmələri, ümumiyyətlə üst qapaqda olar, nadir halda alt qapaqda da görülə bilər. Az hallarda göz qapağı səyirmələri ciddi beyin və sinir xəstəliyinin əlaməti olar. Ancaq bu vəziyyətlə bərabər başqa nevroloji əlamətlər müşahidə edilməlidir.

Əgər göz səyirməsi bir neçə həftədən çox davam edərsə, gözlərdə qızarma, şişmə və ya axıntı varsa, göz qapağında ciddi sallanmağa səbəb oldusa və üzün digər qisminə də təsir etməyə başladısa mütləq həkimə müraciət etmək lazımdır. Səyirmə insanı psixoloji olaraq narahat edə bilər və çox vaxt heç bir müalicəyə ehtiyac olmadan öz-özünə keçər. Ümumiyyətlə yorğunluq, yuxusuzluq, fiziki yorğunluq, stress, həddindən artıq spirt, tütün və ya kafenin istifadəsi və bəzi dərmanların yan təsiri ilə əlaqəli olaraq göz səyirməsi başlayar. İlk olaraq mütləq istirahət edilməli, yatmaq, spirt, tütün, kafeini azaltmaq, gözə ilıq kompress qoymaq, süni göz yaşı ilə gözün quruluğunu önləmək lazımdır.

Blefarospazm isə çox qüvvətlidir və gözün tamamilə bağlanmasına səbəb olan sıxılmadır. Səyirmə bir və ya iki gözü birdən bağlayaraq görməni azalda bilər və qəti şəkildə müalicə tələb edir. Bu təbii ki uzunmüddətli səyirmələrə aiddir.

Gözümüz niyə yol çəkir?
El arasında gözü yol çəkənə "Uzaq yerdən qonağın gələcək" deyirlər. Bu hal stresdən də yarana bilər. Ümumiyyətlə fərqində olmadan, amma bəzən fərqində olaraq da uzun bir müddət eyni nöqtəyə baxmaq, göz qapaqlarını qırpmamaq göz dalmasının əlamətləridir. Bu zaman ümumiyyətlə beyin digər düşüncələrə fokuslanıb görmə funksiyasını təxirə salır. Çətin və sıx qrafikdə işləyənlərin gözü daha çox dalar. Yaşlılarda daha sıx müşahidə edilir və çox nadir hallarda nevroloji xəstəliklərin və epilepsiyanın əlaməti ola bilər.
(səs: 3)
Şərhlər: 4
Baxılıb: 3 498
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri