Ölkəmizin kosmetika bazarında vəziyyət necədir?

Müəllif: Diablo
Şərhlər: 2
Baxılıb: 957
Səs ver:
(səs: 0)
Azərbaycan kosmetika bazarında vəziyyət necədir?
Azərbaycan parfümeriya bazarının araşdırılması ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyüb Hüseynov bildirir ki, ölkənin parfümeriya bazarında külli miqdarda saxta, qaçaqmal yolu ilə gətirilən kosmetika malları var.

Ölkəmizin kosmetika bazarında vəziyyət necədir?"Qaçaqmal yolu ilə gətirilən, tərkibi yoxlanılmayan məhsullar təhlükəlidir. E.Hüseynov bildirib ki, saxta kosmetik vasitələr dəriyə və sağlamlığa böyük zərər vurur. Saxta malları qiymət fərqi ilə fərqləndirmək mümkündür: "Hətta vəziyyət o yerə çatıb ki, mağaza sahibləri özləri alıcılardan saxta və ya orijinal məhsul istədiyini soruşur. Bu məhsullar dəri ilə təməsada olduğu üçün dəri xərçənginə və mədə-bağırsaq problemlərinə yol aça bilər", – deyə birlik sədri əlavə edib.

Azərbaycanda kosmetik vasitələrin tərkibini yoxlayan mükəmməl labaratoriya olmadığını deyən E. Hüseynov əlavə edir ki, bu məhsulların tərkibi yoxlanılmadığı üçün böyük mağazalara da yol aça bilər: "Kosmetik vasitələr dəyişdirilməyən və qaytarılmayan məhsullar siyahısındadır. Biz istərdik ki, bu vasitələr həmin siyahıdan çıxarılsın".

Ölkəmizin kosmetika bazarında vəziyyət necədir?
Kosmetoloq Diana Əliyevanın sözlərinə görə, saxta kosmetikanı orijinal kosmetikdan ayırmaq o qədər də asan deyil: "Bizim düşüncəmizdə var ki, bu firma brenddir, bunun saxta, keyfiyyətsiz məhsulu ola bilməz. Ancaq reallıq budur ki, biz sadəcə firmaların adına aldanırıq. O ki qaldı saxta məhsulların verdiyi zərərə, təbii ki, tərkibində zərərli maddələr olan bütün kosmetik vasitələr dəri xəstəliklərinə, vaxtından əvvəl qocalmaya səbəb ola bilər. Saxta dırnaq boyaları dırnaqların sıradan çıxması ilə nəticələnə bilər. Tərkibi bəlli olmayan pomadalar ağır mədə-bağırsaq probleminə də yol aça bilər".
Kosmetoloq istehlakçılara kosmetik vasitələrdən az istifadə etməyi məsləhət görür: "Keyfiyyətini bilmədiyiniz məhsulu istifadə etmək bilərəkdən dəriyə zərər vermək deməkdir".

Xatırladaq ki, formaldehid üzvi bir birləşmədir, suda, spirtdə asanlıqla həll olunan rəngsiz qazdır. Maddə selikli qişaya və dəriyə zərərlidir. Qıcıqlanma, qaşınma, səpki yaradır. Bu maddə kanserogenlər siyahısına daxil edilib, buna görə də bu maddə ilə daim təmasda xərçəng ehtimalı kəskin artır.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 957
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri