Altında sular axan qədim Mars buzla örtülü olub

Müəllif: Diablo
Şərhlər: 6
Baxılıb: 2 401
Səs ver:
(səs: 1)
Milyard il bundan əvvəl Qırmızı planet, altından həqiqi çaylar axan buz örtüklə örtülmüşdü. Bəlkə də bu zireh canlı orqanizmləri kosmosun dağıdıcı radiasiyasından qoruyurdu.

Qadınla.Comun verdiyi xəbərə görə, Mars səthi bir çox tədqiqatçıların fikrincə axan su ilə örtülüb. Bu torpaq relyefinin yaşı böyükdür, təqribən 3,8 milyard ildir. "Mars vadilərinin kəşfindən bu yana keçən qırx il ərzində, eroziya nəticəsində bütün bu vadilərdə çayların axdığı güman edilir", - deyə Britaniya Kolumbiyası Universitetindən olan məqalənin müəllifi Anna Qalofr deyir. Lakin o dövrdə Günəş indi olduğundan daha az parlaq idi. Və Mars isə bundan olduqca uzaqda idi.

Deməli, Qırmızı planet çox soyuq olmalı idi. Onun səthində çaylar və okeanlar necə mövcud ola bilərdi? Halofr komandası bu suala gözlənilməz cavab verir. Marsdakı su açıq səma altında yox, qalın bir buz təbəqəsi altında axır. Bu, planetin mümkün yaşayış qabiliyyəti baxımından yaxşı xəbərdir. Tədqiqatçılar Mars vadilərinin Arktikanın Devon adaları vadiləri ilə oxşarlığına diqqət çəkib. Mütəxəssislər Qırmızı planetdəki on mindən çox vadinin məlumatlarını təhlil edib.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 401
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri