Rənglərin dünyası

Müəllif: Lalə B.
Şərhlər: 2
Baxılıb: 2 144
Səs ver:
(səs: 0)
Rənglərin hərəsinin öz mənası və insanra özünəməxsus təsirləri vardır. Hər bir rəngin öz dili, öz sözü, öz aurası var. Məsələn, bəzi profesional aşbazlar öz mətbəxlərinin rəngini özləri seçmir, mütəxəssislərə etibar edirlər. Çünki onlar bütün gün mətbəxdə çalışan insanları qıcıqlandırmayacaq, yorğunluqlarını aradan qaldıracaq rənglərə üstünlük vermək istəyirlər. Yaxud mütəxəssislər cərrahi əməliyyatxanaların divarının rəngini elə seçirlər ki, həm xəstələrin, həm də cərrahların sinir sistemini sakitləşsin.
Rənglər üzərində araşdırmalar aparan mütəxəssislər rənglərin insan psixologiyasına təsir göstərdiyini təsdiqləyirlər.
Mütəxəssislər lacivərd rəngin lyuks həyat, zənginlik və zərifliyin simvolu olduğunu söyləyirlər.
Qırmızı rəngin insanlara istilik, od, alov, sevgi, eşq, səmimiyyət, güc, həyəcan və aqressivlik rəngi olduğu söylənilir.
Rənglərin insanlara psixoloji təsiri olduğuna görə dekorasiya zamanı dekor mütəxəssisləri bunları nəzərə alırlar. Evin, ofisin, tamaşa zalının, hətta televiziya reklamlarının çəkilişi zamanı dekorasiya ustaları cəlbedici rənglərdən istifadə etməklə diqqət cəlb etməyə çalışırlar.
Rənglər həyatınızın bir parçasıdır. Çalışın həyatınıza rəng qatın.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 144
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri