Pişiklərin sirri: Sevimli ev heyvanı barədə bilmədiklərimiz

Müəllif: Diablo
Şərhlər: 1
Baxılıb: 1 065
Bölmə: Maraqlı / Heyvanlar
Səs ver:
(səs: 0)
Pişiklər heyrətamiz canlılardır. Onlarla heç vaxt darıxmaq olmaz.
Bu dördayaqlının necə tullandığını, əyləndiyini, ovlandığını və ya əksinə, necə şirin yuxuya getdiyini sonsuz olaraq seyr etmək olar.
Ancaq bu ev heyvanı haqqında hər şeyi bilirikmi? Yəqin ki, yox. Elə isə oxuyun və bilmədiklərinizdən agah olun.
Sən demə pişiklər, itlərdən fərqli olaraq, məcburi ətyeyən heyvanlar hesab olunurlar. Bu o deməkdir ki, onlar sağ qalmaq üçün mütləq ət yeməlidirlər. Buna görə pişiklər üçün vegetarian pəhriz əks göstərişlidir. İtlər isə fakultativ yırtıcılardır və bir müddət ət məhsulları yemədən də keçinə bilərlər.
“Ginnesin Rekordlar Kitabı” artıq “dünyanın ən kök pişiyi” rekordunu yeniləmir. Bu barədə qərar pişik sahiblərinin öz ev heyvanlarını bilərəkdən həddindən artıq yedizdirəcəkləri qorxusundan verilib.
Pişiklər yavaş-yavaş gözlərini qırparkən, onlar mahiyyətcə “Mən səni sevirəm” deyirlər. Vəhşi təbiətdə pişiklər qarşısındakına güvəndiyini göstərmək üçün gözlərini yavaş-yavaş açıb bağlayırlar.
Qədim misirlilər pişikləri öləndə qaşlarını qırxır və onlar yenidən çıxana qədər pişiklərinə yas tuturdular.
Yaponiyada pişiklərin rəhbər kimi işlədiyi bir dəmir yolu stansiyası var.
Bəzi pişiklərin qeyri-adi yerişi var. Onlar əvvəlcə hər iki sağ, sonra isə hər iki sol pəncələrini hərəkət etdirirlər. Adətən, dəvələr və zürafələr eyni şəkildə gəzirlər.
Əgər pişiyiniz sizi yalayırsa, deməli, sizi sevir. Bu heyvanların sosial aləmində başqalarının qayğısına qalmaq çox vacibdir.
Bəzi pişiklər axar su içməyə üstünlük verirlər. Belə ki, onlarda durğun suyun çirklənə biləcəyini düşünürlər.
Tarixən pişiklər özləri əhliləşiblər. Bu heyvanlar məhsul anbarlarındakı gəmiriciləri ovladıqları üçün insanlara yaxın olmağı seçiblər.
Pişiyin burnunda insan barmaq izinə bənzər unikal iz var. İki pişiyin eyni burun izləri yoxdur.
Pişiklər günün yarısından çoxunu yatmaqla keçirir. Bu o deməkdir ki, üç yaşlı pişik ömrünün təxminən il yarımı oyaq olur.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1 065
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri