Dünyanın ən qısa çayı - Reprua

Müəllif: Diablo
Şərhlər: 0
Baxılıb: 655
Səs ver:
(səs: 0)
Dünyanın ən qısa çayı Abxaziyanın Qaqra bölgəsində axır, uzunluğu - 18 metrdir.

Dünyanın ən qısa çayı olan "Reprua" dünyanın ən dərin mağarası Krubera-Voronyanın suları ilə qidalanır və Qafqazın Qara dəniz sahillərindəki ən soyuq çaylardan biri hesab olunur, onun daimi temperaturu 11°C-dir.

Abxaziya Elmlər Akademiyası Ekologiya İnstitutunun direktoru Roman Dbar bildirib ki, Reprua əslində çimərlikdən başlayır və orada da bitir. O, qeyd edib ki, çayın uzunluğunun qiymətləndirilməsində cüzi tərəddüdlər ola bilər.

"Reprua çayının uzunluğu 18 metrdir, lakin o, vaxtaşırı dəyişir. Fakt budur ki, sahil xətti dinamik vəziyyətdədir. Amma indiki halda çayın uzunluğu 20 metrdən çox olmadığı üçün bunun heç bir əhəmiyyəti yoxdur" Dbar qeyd edib.

Reprua çayı dünyada qeydə alınan ən qısa çayların uzunluğundan iki dəfə qısadır.

"Reprua, kifayət qədər bol sulu çaydır və onun su axını saniyədə orta hesabla iki kubmetr təşkil edir. Bu çayın həcminin təxminən 30 faizini içmək üçün Qaqra şəhəri istehlak edir", - Dbar əlavə edib.

Reprua çayı həyatla doludur: burada plankton orqanizmlər, yosunlar, balıqlar və zooplanktonlar yaşayır.

Abxaziya Elmlər Akademiyasının alimləri Reprua çayı üçün ekoloji pasport hazırlamaq və bundan sonra Reprua çayının dünyanın ən qısa çayı olduğunu qeyd etmək üçün Ginnesin Rekordlar Kitabına ərizə göndərmək niyyətindədirlər.

Abxaziya çayları Qafqaz dağlarının cənub yamaclarından başlayır və hamısı Qara dənizə tökülür. Onların çoxu ümumi sahəsi 77 kvadrat kilometr olan Abxaziya dağlarındakı buzlaqlardan qidalanır.

Abxaziyanın ən böyük çayları hər birinin uzunluğu 100 kilometrdən çox olan İnqur, Bzıb və Kodordur.

Elmi ədəbiyyatda Reprua çayı haqqında ilk qeydlər 1900-cü illərin əvvəllərində, Qaqra iqlim stansiyasının yaradılması zamanı Oldenburq knyazının dövründə qeydə alınıb.

Abxaziya Elmlər Akademiyasının Ekologiya İnstitutunun direktoru Roman Dbarın sözlərinə görə, fransızca səslənməsinə baxmayaraq, Reprua çayının adı abxaz köklərinə dayanır.

O, çayın adının etimologiyasına dair nəşrlərə rast gəlmədiyini, lakin onun əvvəlcə "Rıprıyua" adlandırıldığına inandığını söylədi.

"Rıprıyua iki kökdən ibarətdir. Arpra- qazmaq, yerdən tullanmaq, Ayuar - Abxaziyada çox geniş yayılmış hidronimdir, hərfi mənada "yağış axını deməkdir", - Dbar bildirib.

Reprua çayı haqqında əfsanə

Əfsanədə deyilir ki, bir vaxtlar, əsrlər əvvəl övladları ilə birlikdə Qara dəniz sahilində yeraltı ruh məskunlaşıb və onun dörd - bir oğlu və üç əkiz qızı var idi. Ruh, qüdrət bəxş edən qılınclar hazırlamaqla məşğul idi. Oğlu bu qılınclarla digər döyüşçülərlə birlikdə, zəngin Qafqaz bölgəsi olan Abxaziyanı, Qaqra dağ keçidini müdafiə edirdiler. Yeraltı Ruh tərəfindən hazırlanmış qılınclar sehrli gücə malik olduğundan, müdafiəçilər praktiki olaraq toxunulmaz və yenilməz idilər.

Ancaq belə oldu ki, Ruh öldü və qılınc düzəldən olmadı. Bu zaman düşmən Abxaziyaya hücum etdi və sehrli qılınclar olmadan müdafiəçilər düşmənin həmləsinə tab gətirə bilmədilər. Bu döyüşdə Ruhun oğlu öldürüldü, qızları isə əsir götürüldü. Düşmənlər üç əkiz bacıdan qurtulmaq qərarına gəldilər və onları bir mağaraya həbs etdilər və girişi nəhəng daşlarla doldurdular. Bacıların ağlamaqdan, kədərlənməkdən başqa çarəsi yox idi. O qədər çox göz yaşı axıtdılar ki, göz yaşları axınlara qarışıb dağıntıların arasından keçdi. Bax beləcə üç çay - Anıxamtsa, Bagerepsta və Reprua əmələ gəldi.

Bagerepsta və Anıxamtsa Qafqazın bütün Qara dəniz sahillərindəki ən soyuq çaylarıdır.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 655
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri