Daha çox kitab oxumağın yolları

Müəllif: Diablo
Şərhlər: 2
Baxılıb: 1 147
Səs ver:
(səs: 0)
İldə neçə kitab oxuyursunuz? Daha çox kitab oxumq istəyirsinizmi? Oxu bacarıqlarınızı inkişaf etdirmək üçün 7 ən yaxş məsləhəti təqdim edirik:

1.İşi bölün və idarə edin
Beynimiz elə qurulub ki, irimiqyaslı işlərdən çəkinirik. Buna görə də həmi işləri bir neçə yerə bölərək işi asanlaşdıra bilərsiniz. Məsələn, bir ildə mütləq 50 kitab oxumağın vacibliyini düşünməyin. Sadəcə 20 səhifə oxumaq lazım olduğunu fərz edin. Beləliklə, həftənin 6 günü bu qayda ilə oxumaqla, bir ayda kitabın 520 səhifəsini geridə qoymuş olacaqsınız. Məsələyə başqa cür də yanaşmaq olar. Tutaq ki, siz bir həftəyə 300 səhifəlik kitab oxumaq istəyirsiniz. Bu isə gündə cəmi 42 səhifə edir. Gördünüzmü, o qədər də qorxulu səslənmir. Əsas kitab oxumaq istəyiniz olsun.

2. Oxumağa səhər başlayın
Bir çoxumuz yalnız yatmazdan əvvəl oxumağa öyrəşmişik və səhərlər buna vaxt sərf etmirik. Gününüzü kitab oxumaqla başlayın. Sevimli personajlar və maraqlı süjet sizin əhval-ruhiyyənizi yüksəldəcək.

3. Həmişə özünüzlə bir kitab gəzdirin
Gün ərzində tez-tez gözləmə dövrlərimiz olur. Biz ictimai nəqliyyatda, növbələrdə olduğumuz zaman, nahar fasiləsinin bitməsinə 5-10 dəqiqə qalmış kitab oxuya bilərik. Şərt deyil kitabı özümüzlə götürək, elektron və ya audio versiya da kifayətdir.

4. Nazik kitablar oxuyun
Tənbəl oxucular üçün asan bir yol: əgər kitablar incədirsə, o zaman onlardan daha çoxunu oxuyacaqsınız. Bunlar şeir topluları, qısa hekayələr və s. ola bilər.

5. Həmişə ehtiyatda bir neçə maraqlı kitab saxlayın
Belə olan halda həmin kitabları nəzərə alaraq onları da səbirsizliklə oxumaq istəyəcəksiniz. Bu isə hazırda oxuduğunuz kitabda “ilişib” qalmamağınıza kömək edəcək.

6. Bəyənmədiyiniz kitabı oxumağı təxirə salın
Əgər hələ də hansısa kitabda “ilişib” qalmısınızsa, özünüzə işgəncə verməyə ehtiyac yoxdur. Tamamilə atmağa çəkinirsinizsə, son çarə olaraq onu oxumağı bir müddət, məsələn, bir il təxirə sala bilərsinizz. Bir ildən sonra bu barədə heç xatırlamayacaqsınız.

7. Daha çox maraqlı kitablar oxuyun
İntellektin inkişafı üçün ağıllı nəşrlər, əlbəttə ki, gözəldir, lakin oxumaq həm də həzz və bizə istirahət verməlidir. Zövqünüzə görə utanmayın! Əgər sizə yalnız fantastika və trillerləri oxumaq xoşdursa, onlara daha çox diqqət yetirin.

Aysel Bayramova
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 147
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri