Vrangel adası

Müəllif: Diablo
Şərhlər: 2
Baxılıb: 654
Səs ver:
(səs: 0)
"Ağ ayılar adası" kimi tanınan Vrangel adası Rusiyaya məxsus olan, Şimal Buzlu okeanında, Şərqi Sibir dənizi ilə Çukot dənizi arasında yerləşən adadır. Ada rus dənizçisi və dövlət xadimi, XIX əsrdə yaşamış Ferdinand Pyotr Vrangelin şərəfinə аdlandırılıb.

Adanın sahəsi 7670 km² təşkil edir. Uzunluğu şərqdən qərbə 150 km, eni isə 125 kilometrdir. Bu sahənin 4700 km² qədərini dağlıq ərazilər təşkil edir. Sahilləri alçaqdır. Çoxlu sayda laqunlar vardır ki, onlar dənizdən qumdan ibarət olan burunlarla ayrılır. Daxili hissələr isə dağlıqdır. Adada elədə böyük olmayan buzlaqlar və göllər vardır. Ərazidə arktik tundra yayılmışdır.

Vrangel adasının ərazisində eyni adlı qoruq yaradılmışdır. Bu qoruq dünyanın ən şimal qoruğudur və 2004-cü ildə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir.

Vrangel adası şərq və qərb yarımkürələrinin qovuşduğu yerdə yerləşir və 180-ci meridianla təxminən iki bərabər hissəyə bölünür. Ada Çukot yarımadasından Lonq boğazı vastəsi ilə ayrılır. Boğazın ən dar yerində məsafə 140 km təşkil edir. Herald adasından 60 km qərbdə yerləşir. Ada inzibati cəhətdən Çukotka Muxtar Dairəsinin İultinski rayonuna daxildir.

Arxeoloji qazıntılar zamanı adada yaşayış məntəqələrinin qalıqları aşkarlanmışdır. Adanın ilk əhalisi Paleoeskimoslar olmuşlar və orada ov etmişlər. Buradak; ilk yaşayış e.ə. 1750-ci illərə aiddir. Paleoeskimosların daimi dayanacaq yeri Çyortov ovraq adlı ərazidə aşkarlanmışdır. Adada həmçinin mamontların qalıqları tapılmışdır. Doğrudur, burada tapılan mamontların ölçüsü kiçik idi. Çox güman ki, mamontların kiçik ölçüləri adada tapıla bilən qida qıtlığı ilə bağlı idi. Heyvanların kiçik ölçüləri aborigenlərin onları ovlamasını asanlaşdıraraq, onları zəruri ət, yağ və xəz mənbəyinə çevirirdi.

Rusların ada yaxınlıqlarından keçməsi hələ XVII əsrin əvvəllərində baş verməsinə baxmayaraq, adanın xəritəyə salınması 200 il sonraya aiddir.

1849-cu ildə Böyük Britaniyalı tədqiqatçı Henri Kellett Çukot dənizində yeni ada kəşf edir və onu öz gəmisi olan Heraldın şərəfinə Herald adası adlandırır. Qərbdə Kellett Heralddan başqa bir adanı müşahidə edir və onu xəritəyə daxil edir. Bundan sonra ada ilk adı olan "Kellett Torpağı" adını alır. 1866-cı ildə adaya ilk dəfə avropalı — kapitan Eduarf Dallmann lövbər salır. O, əsasən Alyaska və Çukot yarımadasının əhalisi ilə ticarət əlaqələri qurur. 1867-ci ildə amerikalı Balina ovçusu və tədqiqatçısı olan Tomas Lonq özüdə Kettellin kəşfindən xəbərsiz adanı rus tədqiqatçısı və dövlət xadimi Ferdinand Pyotr Vrangelin şərəfinə adlandırır.

Vrangel adanın mövcudluğu haqqında təsəvvürə malik idi. O, məlumatı yerli əhali olan çukçalardan almışdı. Hətta 1820-1824-cü illərdə adanı aşkarlamaq məqsədi ilə ekspedisiya təşkil etmişdir.

1879-cu ildə Vrangel adası yaxınlığından De Lonqun Şimal Qütbünə təşkil etdiyi ekspedisiya keçir. Amma onun bu cədhi uğursuzluğa uğrayır ("Jannetta" gəmisi ilə). 1881-ci ildə De Lonqun gəmisini tapmaq məqsədi ilə 1881-ci ildə adaya Kutter gəmisi Kelvin Kuperin komandanlığı ilə yan alır. Kuper adaya enərək orada axtarış təşkil edir. Sonra isə adanı ABŞ-ın ərazisi elan edir.

1911-ci ilin sentyabrında "Vayqaç buzqıran gəmisi" rusların Şimal Buzlu okeana təşkil etdikləri (1910-1915) ekspedisiyanın nəzdində adaya yol açır. Bundan sonra ruslar ilk dəfə olaraq Fom burnuna rus bayrağını sancırlar.

Adada iqlim o qədər sərtdir ki, kəskin şimal küləklər və qar fırtınaları saatda 140 km-ə qədər sürətlə hərəkət edə bilər. Adada qeydə alınan minimum temperatur -57 ° C, maksimum temperatur yalnız üstəgəl 18 ° C-dir. Adada 12 ayın 9-da qar və şaxta hökm sürür.

Sərt təbii şərait adanı həm amfibiyalardan, həm də sürünənlərdən məhrum edib. Heyvanlar sadəcə olaraq həyat üçün belə ekstremal şəraitə uyğunlaşa bilmirlər. Ancaq adada 30-a yaxın artropod növü yaşayır, hətta kəpənəklər də var. Şirin su gölləri boşdur, orada balıqlara ümumiyyətlə rast gəlinmir. Lakin, ada morjların sevimli məkanıdır. 1953-cü ildə yerli inzibati orqanın təşəbbüsü ilə adada morjların qorunması haqqında qərar qəbul edilir.

1976-ci ildə arktika adalarının təbiət komplekslərini qorumaq və örgənmək məqsədi ilə "Vrangel adası" adlı qoruq yaradılır. Qoruğa həmcinin Vrangelin yaxınlığında yerləşən Herald adasıda daxildir. Adaların 5 millik şelf sahəsi belə qoruğun ərazisinə daxildir. Qoruğun ümumi sahəsi 795,6 min h təşkil edir. 1978-ci ildə qoruğun elmi bölməsi yaradılır. Bu bölmənin əsas hədəfi planlı şəkildə adaların biki və heyvanlar aləminin örgənilməsi olur.

1997-ci ildə Çukotka Muxtar Dairəsinın qubernatoru və Rusiya ekologiya nümayəndəliyinin təşəbbüsü ilə ətrafında olan adaların hesabına qoruğun ərazisi eninə 12 dəniz mili genişləndirilir. 25 may 1999-cu ildə adaların ətrafında 24 dəniz mili qoruma zonası yaradılıb.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 654
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri