Nəyə görə əksər atalar övladlarının oğlan olmasını istəyirlər?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 5 694
Səs ver:
(səs: 0)

Körpə ilə ata arasında bioloji əlaqə mövcuddur. Çünki körpə atanın genlərini daşıyır. Körpədə müşahidə edilən əksər xüsusiyyətlər ataya məxsusdur. Bu oxşarlıqlar onların arasındakı əlaqəni asanlaşdırır. Körpənin inkişafının atanı qəlbən sevindirməsi uyğun bioloji rabitədən danışır. Əksər atalar nəsil imtiyazlarını daşıya biləcək övlad arzulayırlar. Elə bu səbəbdən də əksər atalar ilk körpənin oğlan olmasını arzulayırlar. Ataların öz övladına "mənim balam” deyə müraciət etməsinin kökləri yalnız psixoloqlara aydındır.
Bəs körpənin geyim və qidalanması ilə ata məşğul ola bilərmi?
Əlbəttə ki, ata körpəsinə qulluq etməli və bu işə hələ doğuşdan əvvəl başlamalıdır. Dünyada öz yoldaşına kömək edən, onu bir çox işlərdə əvəz edən kifayət qədər kişilər var. Belə atalar öz körpəsinə daha yaxın olur. Valideynlərin həmfikirliyi, normal doğuş üçün ərin əlindən gələni əsirgəməməsi atanı körpəyə daha çox bağlayır. Bu insanlar ata olmaqdan ləzzət və iftixar duyurlar.
Adət-ənənəyə görə, atanın körpəyə qulluğu gözlənilmir. Məhz bu səbəbdən də bir çox kişilər atalıq ləzzətindən məhrum olurlar. Hamıya elə gəlir ki, atanın vəzifəsi ailənin ehtiyaclarını ödəmək və övladları tərbiyə etməkdir. Kaş, gələcək nəsillər atadan körpəyə qayğı da umaydı. Belə bir dəyişiklik körpələrə xeyir gətirərdi. Atanın körpəyə qulluğunun böyük əhəmiyyəti var. Bu iş körpənin psixoloji durumunu yaxşılaşdırmaqla yanaşı, işi ağır olan ananın ərindən razılığının səbəblərindəndir. Ana hiss edir ki, o, tək deyil və bir çox narahatlıqlar təbii şəkildə aradan qalxır.
Digər bir sual isə övladların başqa adama tapşırılması ilə bağlıdır. Bu işin körpəyə nə kimi zərər vura bilər?
Körpəni bir şərtlə başqasına tapşırmaq olar ki, həmin şəxs məsuliyyət hiss etmiş olsun, körpənin fiziki və psixoloji sağlamlığı qayğısına qalsın, onun hisslərini təhrik etsin. Arabir körpədən uzaqlaşmaq lazımdır. Körpə üçün arabir başqaları ilə qalmaq faydalıdır. Bu ayrılığın müddəti körpənin yaşından və körpənin onunla qalmı ş adama münasibətindən asılıdır. Körpənin fiziki ehtiyaclarını, demək olar ki, hamı təmin edə bilər. Bizi daha çox körpənin psixoloji ehtiyacları narahat edir. Çünki psixoloji ehtiyaclar inkişaf zamanı körpənin şəxsiyyətinə daha çox təsir edir. Uşaq üçün seçilmiş dayə səmimi, ağıllı, təcrübəli, mehriban və ən mühümü körpəyə dost olmalıdır. Bu xüsusiyyətlərə malik insanı tanımaq çətin deyil. Yaxşı olar ki, dayəliyə yaramayan adamlar tanınsın. Təmizlik məsələsində həddi aşıb ifrata varan adamlardan çəkinmək lazımdır. Çünki belə adamlar təmizliyi körpənin ruhi rahatlığından üstün tuturlar. Məsələn, sizə hakim olmaq istəyən nənələr üçün çox vaxt ana-övlad əlaqəsi mühüm görünmür. Qəmgin və zəif iradəli insanlar körpənin hisslərini lazımınca təhrik edə bilmir. Geniş dünyagörüşü, təcrübəsi, bu sahədə lazımınca məlumatı olanlar uyğun iş üçün heç də ən münasib hesab olunmur. Dayə seçimində əsas meyar sizin şəxsi hisslərinizdir. İlk aylarda körpəsini özü saxlamış və bu körpənin ehtiyaclarından xəbərdar analar münasib adamı asanlıqla tanıya bilirlər. Onlar hiss edirlər ki, nə vaxt və hansı müddətə körpəni başqasına tapşırmaq olar. Valideyn hiss edə bilər ki, körpəni etibar etdiyi şəxs onun rahatlığını təmin edə bilər, yoxsa yox. Ən mühüm nöqtə körpənin həmin şəxsə münasibətidir. Bütün uşaqcanlı adamlar körpələrdə xoş hisslər yaradır. Əksinə, körpələr uşaqcanlı olmayanlara mənfi reaksiya göstərirlər. Əgər körpəni tapşıracağınız şəxsə körpənin münasibəti şübhə doğurursa, bu şübhələrə biganə qalmayın.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 5 694
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri