Qızlar indiki oğlanları niyə bəyənmir? - Subay qızlarla sorğu[Maraqlı]

Müəllif: Pure Love
Şərhlər: 4
Baxılıb: 15 691
Səs ver:
(səs: 8)

 

Günümüzdə qızların çoxu ailə qurmaq üçün yaxşı oğlanın olmamasından şikayətlənirlər. Belə ki, soruşanda ki, niyə ailə qurmursan? Deyir "yaxşı oğlan yoxdur, ona görə”. Bəziləri oğlanda pulu, bəziləri isə ağıl istəyir. Bəs bizim qızlar oğlanlarda hansı xüsusiyyətləri bəyənmirlər? Oğlanlarda sevmədikləri nələrdir?

 

Həm tələbə, həm də media nümayəndəsi olan subay qızların fikirlərini oğlanların diqqətinə çatdırır.

 

"Gündəlik Teleqraf” qəzetinin əməkdaşı Nərgiz Cavadzadə bu gün istər qadınlar, istərsə də kişilər arasında möhkəm xarakterli insan tapmağın çox çətin olduğunu bildirib. 

"İnsan xasiyyətində cəsarət və dürüstlük problemi yaşanır. Oğlanlar qeybətçilikdə qızları ötüb. Hətta ictimai insanlar belə başqaları haqqında ittiham səsləndirib, arxasınca danışdığı insanın üzünə gülür, düşündüyünü deməkdən çəkinir. Bu, həqiqətən kişi üçün faciədir. Ən gülməlisi odur ki, bu günkü "dost”lar müəyyən anlaşılmazlıq yaranan kimi "dost”unu Facebook sosial şəbəkəsindəki siyahısından belə, çıxarırlar. Oğlanlarda rəqabət pərdəsi altında xüsusilə qadınlara qarşı paxıllıq hissini qəbul etmirəm. Bütün qadınlara deyilən komplimentlərdən əriyən qadınları isə ümumiyyətlə anlamıram və elələrini axmaq hesab edirəm”.

 

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbəsi Arzu Məmmədova oğlanlarda bəyənmədiyi xüsusiyyətləri sadalayıb: ikiüzlülük, məsuliyyətsizlik. 

"Ən əsası isə oğlanlardan siqaret qoxusunun gəlməsini sevmirəm, yəni siqaret çəkən oğlanları sevmirəm”.

 

Gənc jurnalist Nailə Rövşənqızı oğlanların eynirəngli geyim stilindən şikayətlənir: "Eynirəngli geyim stili, xasiyyətlərində qısqanclıq, keçmişi araşdırmaq istəyi. Bir də xəsislik, sevdiyi qıza qənaət eləməyi və geyimə qarışmaları dözülməzdir”.

 

Saytının əməkdaşı Gülxar Şərif: "Həm kişi, həm də qadın üçün sözübütövlük önəmli olsa da, qeybət edən oğlanları heç sevmirəm. Qadına yalnız evlənənə qədər xüsusi diqqət göstərən, sonradan isə ev süpürgəsindən fərqləndirməyənləri, "mənim arvadım işləməyəcək” deyənləri, işləyən qızların yalnız bir müddət sevgili olmaqdan başqa bir şey olmadığını düşünənləri sevmirəm. Ən əsası isə qazandığı pullu xərcləməyin yolunu bilməyən oğlanları bəyənmirəm”.

 

Təfəkkür Universitetinin tələbəsi Əfruzə Ağayeva oğlanların xəyanət etmələrindən şikayətçidir. "Məncə bu bağışlanmazdır. Daha öncə "səni sevirəm” deyib, daha sonra isə "dəyişməlisən, işləmək” olmaz və s. deyən oğlanlar xoşuma gəlmir. Əsas bunlardır. Digər şeyləri qadın istəsə, düzəldə bilər”.

 

Bakı Slavyan Universitetinin tələbəsi Günəş Fərhadlı indiki oğlanların mədəniyyətsiz olduğunu bildirib: "Mədəniyyətsizdilər. Qeybət edən oğlanlardan zəhləm gedir. Və xəyanətkar, yalan danışan, şorgöz oğlanlardan xoşum gəlmir”.

 

Gənc jurnalist Mirvari Nəcəf özündən açox razı olan oğlanlardan xoşu gəlmədiyini söyləyib. "Düşünürəm ki, oğlan nə qədər yaraşıqlı da olsa, bu onun özündənrazı olmağına əsas gətirmir. Yəni bir sözlə, sırf yaraşıqlı olduqları üçün burnu havalarda olan, "istənilən qızı əldə edərəm” deyən oğlanlar unutmasınlar ki, sonda onlarla qalan yalnız bir qadın olacaq”.

 

Təfəkkür Universitetinin tələbəsi Xədicə Məmmədli indiki oğlanların kobud olduğunu bildirib: "Oğlanların əksəriyyəti anlayışsızdır, həddindən çox qısqanclığı sevmirəm”.

 

Publika

Redakte etdi: PRETTY_GİRL

 
(səs: 8)
Şərhlər: 4
Baxılıb: 15 691
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri