Azərbaycanda 15-17 yaşda ana olanların sayı artıb

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 3 897
Səs ver:
(səs: 3)

http://imgs.su/tmp/1315031172-656.jpg

Hər il Azərbaycanda doğulan uşaqların bir qismi 15-17 yaşlı analar tərəfindən dünyaya gətirilir.

Həm rəsmi, həm də qeyri-rəsmi məlumatlardan da məlumdur ki, ölkəmizin bəzi regionlarında qızlar erkən yaşda, nikah yaşına (17 yaşa) çatmamış ərə verilir. Belədə 15 yaşından ərə verilən qızlar artıq 16-17 yaşları tamam olmamış uşaq dünyaya gətirirlər.
Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, Azərbaycanda il ərzində doğulan 3700-ə yaxın körpənin anasının 15-17 yaşı olur. Rəsmi məlumatda erkən yaşda ana olanların sayının ildən-ilə artdığı göztərilir.

Məsələn, 15-17 yaşlı anaların doğduğu körpələrin sayı 2006-cı ildə 3124 olubsa, 2008-ci ildə bu rəqəm 3633-ə çatıb.

Rəsmi statistikaya görə, erkən yaşda analar heç də təkcə kənd yerlərində yaşamırlar. Şəhər yerində də 15-17 yaşlı analar az deyil.
İl ərzində şəhər yerində 1300-ə yaxın, kənd yerində isə 2400-ə yaxın körpənin anası 15-17 yaşlı qızlardır.

(səs: 3)
Şərhlər: 2
Baxılıb: 3 897
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri