İranın "İnqilab Keşikçiləri Siber Ordusu" internet araşdırmaları zamanı şok nəticələr əldə edib.
Ordunun yüksəkçinli komandirinin sözlərinə görə, dünya şəhərləri arasında intimo saytlara ən çox girilən şəhər Tehrandır.
İnqilab Keşikçiləri komandirlərindən biri olan İbrahim Bəyaninin sözlərinə görə, apardıqları araşdırmada dünyadakı 182 şəhər arasında intimo saytlara ən çox girən şəhərlər arasında paytaxt Tehran birinci, Şiraz isə 15-inci pillədədir.
General Bəyani iranlı internet istifadəçilərinin bu saytlara giriş sayının xalqın oruc tutduğu Məhərrəm ayının Aşura günündə pik nöqtəyə çıxdığını bildirib.
Bəyani bu nəticələr qarşısında şoka düşdüyünü; "Gəncləri necə məscidlərə yığa bilər, oruc tutmağa təşviq edə bilərik" sözləriylə dilə gətirib.
İranda ədəbsiz və hökumətə muxalif məzmunlu saytlara girişə maneə törədilməsi üçün filtrləmə sistemindən tətbiq olunulur. Bir çox istifadəçi xüsusi proqramlarla bu maneəni aşa bilir. Hal-hazırda İran hökuməti bu problemi aradan qaldırmaq üçün "halal internet" adlandırdığı bir mexanizm üzərində çalışır.