Ata həsrəti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 5 736
Səs ver:
(səs: 3)

http://imgs.su/tmp/1315122722-656.jpg

...Uşaq ,məhəllə və top. Oyun gedir, bayram günüdür. Artıq axşam yaxınlaşır və hər kəs evə qayıdır. Məhlədə sakitlik yaranır. Uşaqların sayı azalır yavaş-yavaş. Birdən iki uşaq: "Ata geldi ata.."-"Bizə nə almısan ata?" Ata isə əlindəki hədiyyə çantalarını yerə qoyub uşaqları qucaqlayır. Uşaqlar atası ilə gülərək sevincək evə gedirlər. Hər kəs əlində hədiyyələr ilə keçir yoldan. Yalnız qalan bir kəs var. O duruxur, baxır bu şad insanlara. Gözündən tökülmək istəmir yaşlar. Qəlbə axır yandırarcasına..
Uşaq bir anda çökür divarın dibinə. Susur.. Artıq heç kəs yoxdur.

Yalnız odur qaranlıq küçədə. Düşününür görən mənim atam nə vaxt gələcək? Onu gözləmək istəyir. Bəlkə bu bayram qaçacaq atasının qabağına, bəlkə bu bayram atası əlində hədiyyələrlə gələcək onu qucaqlayıb öpəcək. Amma yox. Artıq 4 cü yeni ildir.
Amma "gələn yeni il səninləyəm oğlum" demişdi gedərkən... niyə ata niyə? niyə məni atdın? gəlmədin..

Axı bilirsənmi anam səni və məni gözləyir bayram süfrəsi qarşısında. Gəl gedək!..artıq gecdir. Anam bizi gözləyir.

Amma yenə cavab yoxdu. Uşaq göz yaşını gizlədərək qalxıb yavaş addımlarla evə yollanır və bağçadan 2 gül dərir. Evə girir anasının yanına qaçır. Gülün birini ona verir "Al" deyir, "bu gülü də ata göndərdi sənə ana!" - "Gələn yeni il gələcəm " dedi. Ana ağlamağa başlayıb oğlunu qucaqlayır.

"Yenə yaxınlaşır yeni il ata. Gözləyəcəm səni yenə həmin yerdə. Artıq 16cı yeni ildir ata.. gəl artıq! Ağbirçək anam bizi gözləyir bayram süfrəsi başında. Gəl, qayıt ata!Bir gül mənim, biri isə sənin üçün var. Gəl bu dəfə özün dər, ver anama. Ooofff..! Yenə tək edəcəmmi bunları ata?! Axı tək qalmaqdan bezmişəm ata. Gəl ata, gəl oğlum de mənə, bağrına bas məni. Dəcəllik etdiyimə görə gül mənə. Oxumadığım üçün döy məni.Gizlicə siqaret çəkdiyimdən şübhələn...qoxla məni. Xəbərdarlıq et.

Məzun olduğum zaman öz ürək sözlərini de mənə. Universitetə qəbul ola bilmədiyim üçün məndən küs, danla. Budur, əsgər gedirəm. Fəxr edərək bax mənə ata! Tankçı olduğum və xidməti təriflə başa vurduğumdan danış qürur hissi ilə dostlarına. Budur, sevdiyim qız elçi göndərməmi istəyir. Gəl ata, ağsaqqalımız olaraq, istə o cananı atasından. Bax, baba oldun artıq. Oğlan nəvən oldu. Sənin adını qoydum. Amma yenə də sən gəlmədin, gəlib də nəvəni görmədin, oynamadın onunla ata...

Oğlum bir gün səni soruşacaq ata, nə deyəcəm ona? Gəl ata, gəl! Onu bağrına bas. Mənə etdiyini ona etmə. Sevgidən, qayğıdan uzaq, daş qəlbli olmasın mənim kimi ata... Sevgi əvəzinə o kiçik ürəyində nifrət bəsləməsin sənə qarşı eyni mənim kimi...

(səs: 3)
Şərhlər: 1
Baxılıb: 5 736
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri