Qayğıya ehtiyac

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 730
Səs ver:
(səs: 1)


Qayğıya ehtiyac



İnsanın nə zaman qayğıya daha çox ehtiyacı var?Bu sualı məktəbdə" insan və cəmiyyət" fənnində müzakirə etmişdik.Fərqli cavablar oldu, bəziləri uşaqkən,bəziləri yeniyetmə yaşında,bəziləri isə qoca olarkən qayğıya daha çox ehtiyac olduğunu dedi.Məlumdur ki, insanın hər zaman qayğıya ehtiyacı var.İstər uşaq olsun istər böyük ətrafındakı insanlardan qayğı gözləyir.Balaca uşaqlar ana qayğısına ehtiyac duyur çünki onlar tamamiylə valideyindən asılıdır.Yeniyetmə yaşlarında da qayğı gərəkdir, çünki səhv addımlar ən çox bu yaşlarda olur.Yeniyetmənin fikirləri tam formalaşmadığından səhvlər edilir bunun üçün də yenə də valideynin məsləhətinə ehtiyacımız vardır.Qoca olarkən insan xəstəliklərlə üzləşir və ilk dəfə valideyin övlada ehtiyac duyur.

Mənim fikrimcə insanın yaş dövründən asılı olaraq qayğıya ehtiyacı dəyişir.Əlbəttə ki, iki yaşlı uşağın yetkin yaşlarda olan insanla eyni miqdarda qayğıya ehtiyacı ola bilməz.Hansı yaşda olmağından aslı olmayaraq insanın həmişə diqqətə,qayğıya ehtiyacı vardır.

Mənə maraqlı gəldi siz necə fikirləşirsiniz?Fikrinizcə insanın hansı yaş düvründə qayğıya ehtiyacı daha çoxdur?

Və sizin kimə ehtiyacınız var?

(səs: 1)
Şərhlər: 0
Baxılıb: 2 730
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri