Keyfiyyətsiz geyim xəstəlik mənbəyidir!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 649
Səs ver:
(səs: 3)

http://imgs.su/tmp/1315400971-656.jpg

Dəb xatirinə sağlamlığımızı təhlükəyə atırıq.
Mənşəyini bilmədiyimiz halda əldə edir, sonra nəticəsindən şikayətlənirik.
Adətən ucuz və keyfiyyətsiz paltarlardan istifadə edənlər aylıq gəliri aşağı olan insanlardır. "Ucuz ətin şorbası olmaz" misalını unutduracaq qədər cəmiyyətimizdə geyimə maraq var.

Yaxşı geyinmək, dost-tanış arasında yer tutmaq, özümüzü digərlərindən fərqləndirmək naminə haradan gəldi paltar alırıq. Özümüz də onun keyfiyyətinə şübhə etdiyimiz halda. Bu cür addım atmağımız çox sualları cavablandırır. Aydın olur ki, cəmiyyətimiz geyimə üstünlük verir və insanların dəyəri bununla ölçülür. Geyimlərin keyfiyyətinə gəlincə Səhiyyə Nazirliyi əhalini xəbərdar etsə belə, bu xəbərdarlığa məhəl qoyan yoxdur. Əhalinin gəlirinin aşağı olma faktını nəzərə alan və bundan "məharətlə" istifadə edən bəzi işbazlar tərkibi zərərli maddələrdən təşkil olunan, sintetik materiallardan hazırlanan paltarları satışa çıxarırlar.

Həmin paltarların gözəl görünüşdə və brend malların formasında olması alıcıların çoxalmasına səbəb olur. Yəni tələbat olduqca satılma faizi də çox olur. Saxta malları seçmək üçün xususi qaydaya və biliyə ehtiyac yoxdur. Saxta paltarları originallardan fərqləndirmək üçün onu ələ götürmək bəs edir ki, materiallarından hansının həqiqi və ya saxta olduğunu anlayasınız. Bəs alıcıların saxta geyimləri əldə etməyə maraq göstərmə səbəbləri nələrdir? Məlumdur ki, satışda olan firma mallarının qiyməti çox yüksəkdir və onları almaq arzusu ilə əhalinin əksəriyyətinin büdcəsi uyğun gəlmir. Bu da öz növbəsində istehlakçıların keyfiyyətsiz və saxta malları almalarına şərait yaradır. Lakin bu da bir faktdır ki, bəzən saxta mallar brend malların arasına qatılaraq müştərilərə satılır. Saxta etiket vurulan paltarlar ucuz qiymətə olduğundan alıcıya sərf edir və o məmuniyyətlə alır. Lakin həmin geyimləri alan müştəri paltarın hazırlanma qaydası və tərkibi ilə maraqlanmır.

Keyfiyyəti tələblərə cavab verməyən paltarları istifadə etməyi həkimlər də məsləhət görmür. Alıcılar həmin geymlərdən istifadə zamanı rənginin çıxdığını, günəş şüaları altında kimyəvi iyi verdiyini deyirlər. Buna baxmayaraq istifadə etməyə davam edirlər. Bu cür geyimlərə uşaq paltarları arasında da rast gəlinir. Ucuz qiymətə bazarlarda açıq şəkildə və ayaq altına tökülən paltarların qiyməti isə bir manatdan beş manat arası dəyişir . İmkanı keyfiyyətli paltar almağa çatmayan valideyn həmin geyimləri alaraq büdcəsini qoruduğunu düşünür. Amma fərqinə varmadan övladının sağlamlığını təhlükə altına alır. Dərisi həssas olan uşaqlarda səpintilərin müşahidə olunması həmin paltarların nə dərəcədə insan sağlamlığı üçün təhlükəli olduğundan xəbər verir.

Xəstəlik mənbəyi olan paltarlar bazarlarda, metrolarda açıq şəkildə satışa çıxarılır. Heç bir keyfiyyət tələblərinə cavab verməyən həmin geyimlər dəri xəstəliklərinə və allergiyanın yaranmasına səbəb olur. Bu xəstəliklərin müalicəsinə xərclənən pullar isə geyimlərə xərclənən məbləğdən qat-qat çox olur. Yəni ucuz qiymətə yaxşı paltar aldığınızı düşünürsünüz, amma əslində sağlamlığınızı dəyərindən az qiymətə itirmiş olursuz.

(səs: 3)
Şərhlər: 1
Baxılıb: 2 649
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri