Qadın-kişi qarşıdurması: belə dostluq olarmı? - MÜZAKİRƏ

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 5 911
Səs ver:
(səs: 3)
Qadınla kişi arasında dostluq ola bilməz? Gəlin araşdıraq.

Tələbə yoldaşları, həmkarlar arasında isti münasibətlərdən sonra hisslər yaranır: dərhal da deyirlər ki, görürsünüz, kişi ilə qadın dost ola bilməzlər. Əgər bu hisslər birtərəflidirsə, digər tərəf deyir ki, "gəl dost kimi qalaq". Ziddiyyətdir, elə deyilmi?

Hələ bağça və məktəb illərindən beyinlərə yeridirlər ki, oğlan oğlanla, qız qızla dostluq etməlidir. Əgər oğlan qızla dostluq edirsə, həmyaşıdları ona gülməyə başlayırlar. Onlara sevgili deyib ələ salırlar. Bəlkə də onların ümumi cəhətləri çoxdur. Oğlan aqressiv həmyaşıdlarındansa həmin qızla, qız isə analarının kosmetikası ilə bəzənmiş qızlardansa o oğlanla oturub-durmağı daha xoş hesab edir.

Uşaqlar böyüdükcə, əks cinsin nümayəndələri ilə dostluq münasibətlərini qorumaq çətinləşir. Fizilologiya oyanır ki, bundan da heç yerə qaçmaq mümkün deyil. Artıq bir-birlərinə əvvəlki gözlə baxa bilmirlər.

Əks cinslərin dostluğu doğrudan da problematik məsələdir. Xüsusilə də hər iki tərəf bir-birinə qarşı dostluqdan daha çox simpatiya hiss edirsə.

Niyə də belə bir məqamda dostluq sevgiyə çevrilməsin?

Bəs siz necə düşünürsünüz, əziz oxucular?

Qadınla kişi arasında dostluq mümkündürmü? Yox? Nəyə görə belə düşünürsünüz?
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 5 911
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri