İbrətli hekayələr

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 966
Səs ver:
(səs: 3)
Bir adaya ayaqqabı satmaq üçün göndərilən iki satıcının əhvalatını çoxumuz bilirik.
İki satıcı adaya çatıb kimsənin ayaqqabı geymədiyini görüncə heyrətdən donub qalırlar.
Satıcılardan biri dərhal mərkəz büroya teleqraf göndərər:
"Sabah evə dönürəm, burada kimsə ayaqqabı geymir!"

İkinci satıcı eyni gerçək qarşısında həyəcanlanar. Dərhal mərkəz büroya zəng edər:
"Lütfən mənə 10 min ayaqqabı göndərin. Buradakı hər kəsin ayaqqabıya ehtiyacı var!"
Unutmayın; yaxşı başlayan hər şey, yaxşıdır...

                ***

Qoca qatara yenicə minmişdi ki, ayaqqabısının bir tayı ayağından çıxıb relsin üzərinə düşdü.
Artıq onu götürmək də mümkün deyildi. Çünki qatar çoxdan hərəkət etmişdi.
Yanındakılar qocanın nə edəcəyini görmək üçün maraqla ona baxırdılar.
O, isə sakit bir şəkildə ayaqqabısının o biri tayını da çıxarıb əvvəlki tayına yaxın bir yerə tulladı. Yanındakılardan biri dözə bilməyib:
"Niyə belə etdiniz?" – deyə soruşdu. Gülümsəyən qocanın cavabı isə sadə, lakin mənalı idi:
"Dəmir yolunun üstündəki ayaqqabının tayını bir kasıb taparsa, o birini də tapıb rahat geyinsin deyə"...........

Əlinizdə olanları paylaşın ...
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 3 966
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri