Kağız haqqında bilmədiklərimiz

Müəllif: Wiyinka
Şərhlər: 6
Baxılıb: 5 507
Səs ver:
(səs: 7)
 
Tsay Lun bundan təqribən 2000 min əvvəl Çində yaşayan bir məmur idi. O bu eranın 105-ci ilində tut ağacı qabığını və parça qırıntılarını su ilə qarışdıraraq əzdi,presləyərək suyunu çıxardı və alımçış nazik təbəqəni qurmaq üçün günəşin altında ipdən asdı. Əslində insanlar hələ eradan əvvəl 3500-cü illərdə yazı yazmaq mümkün olan müxtəlif əşyalardan (daş,ağac gövdəsi,gil lövhə və s.) istifadə edirdilər.Kağızın kəşfi sonrakı dövrlərdə çinliləri dünyada ən inkişaf etmiş mədəniyyətlərdən birinin sahibinə çevirdi. Çox maraqlıdır ki,Asiya 751-ci Bağdada 793-cü ildə gələn kağız Avropaya yalnız min il sonra gəldi. Beləliklə,Avropada ilk kağız 1151-ci ildə istehsal olunmağa başladı.
Mətbəənin meydana gəlməsindən sonra isə kağıza olan ehtiyac birə-beş artdı.Ancaq bu üsulla kağız istehsal etmək çox vaxt aparırdı.Üstəlik,kifayət qədər xammal tapmaq da çətin idi. 18-ci əsrin əvvəllərində fransız alimi Rene de Remo meşədə gəzərkən bir arı pətəyi gördü.Arılar yuvalarında olmadığı üçün diqqətlə pətəyə tamaşa etməyə başladı.Qəribə də olssa,pətək kağızdan düzəlmişdi. Remo təəccübləndi.
Görəsən,arılar bu kağızı necə düzəltmişdilər?Ya da arılar insanların bilmədiyi nəyi bilirdilər?
Əslində hər şey çox sadə idi. Qısa bir müşahidədən sonra Remo gördü ki, aarılar nazik budaqları və ya çürümüş kötükləri gəmirir və ağızlarında mədə şirələri və selikləri ilə qarışdırılaraq pətəkləri düzəltməkdə istifadə edirlər. Remo arıların həzm sisteminiə tətbiq edərək, öz kəşfini 1179-cu ildə Fransa Kral Akademiyasına təqdim etdi.
İlk kağız dəzgah isə 1798-ci ildə kəş edildi. Ancaq bu geniş bir qayışın fırlanaraq çəlləkdəki xəmiri nazik bir kağıza çevirdiyi sadə bir qurğu idi.Silindirli dəzgah isə çox keçmədən 1809-cu ildə Con Dikinson tərəfindən icad edildi.
Bu gün kağız istehsalı yüksək texnalogiya ilə və tam avtomatik bir şəkildə hayata keçirilirsə də,ümumi prinsip eynidir.Kağızlar arasındakı keyfiyyət fərqi isə daha çox lifin növündən,xəmrin hazırlanma qaydasından,həmçinin kimyəvi və ya mexaniki üsullardan aslıdır.Liflərin əldə edilməsində əsas xammal ağaclar sayılsa da,kağız istehsalında bu gün sintetik liflərdən də istifadə olunur. 
(səs: 7)
Şərhlər: 6
Baxılıb: 5 507
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri