Qırmızı rəngin seksuallığının sirri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 4 365
Səs ver:
(səs: 2)

Qadınlar.Biz xəbər verir ki, Böyük Britaniyanın Kent Universitetinin alimləri qırmızı rəngin seksuallıq xüsusiyyətlərini aşkar etmək üçün araşdırma aparıblar. Amma bu araşdırmalar qırmızı rəngin sirrini açmaq əvəzinə məsələni bir az da qəlizləşdirib.

 

Qırmızı rəngin seksual xarakterli olması hələ qədim zamanlardan bəllidir. Belə qəbul olunur ki, qırmızı rəngin seksuallıq rəmzi olması təkamül prosesinin meydana gətirdiyi reallıqdır. Belə ki, təkamül nəzəriyyəsinə görə, insanın əcdadı hesab olunan meymunların cütləşmə vaxtı dişilərin cinsi orqanlarında qızarma müşahidə olunur. Belə xüsusiyyətə malik meymunlar indi də var.

 

Cinsi orqanın qızarması erkək meymunlar üçün sanki bir siqnal olur. Bu o deməkdir ki, dişilər cütləşməyə və nəsil artırmağa hazırdır.

 

Amma təkamül nəticəsində insana çevrilən bu canlılar öz cinsi orqanlarını əvvəl əncir yarpağı, sonra isə paltar altında gizlətdi. Beləliklə, qarşı tərəfə təbii siqnal vermək xüsusiyyəti də gizlədilmiş oldu. Bundan sonra qədim insanlar primitiv ibtidai makiyajdan istifadə etməyə başladı. Bu primitiv makiyajlar qarşı tərəfə cütləşməyə hazır olduğunu bildirmək üçün istifadə olundu. Vaxt keçdikcə qadınların cinsi həvəsini göstərən makiyajlar kişilərdə şəhvət hissi yaratmağa başladı. Belə primitiv makiyajlarda qırmızı rəng çalarına xüsusi önəm verilməsi insanın əcdadından ona ötürülmüş genetik xüsusiyyət kimi qəbul olunurdu.

 

Britaniya alimləri bu versiyanı yoxlamaq üçün belə bir sadə eksperiment aparıblar. Onlar bir neçə qadın cinsi orqanının 4 versiyada şəklini hazırlayaraq onları açıq çəhrayı rəngdən qırmızıya qədər çalarlarda rəngləyiblər. Sonra alimlər bu şəkilləri 40 kişiyə göstərib və hansı şəklin daha cəlbedici olduğunu soruşublar. Belə bəlli olub ki, eksperimentdə iştirak edən kişilərin böyük əksəriyyəti çəhrayı rənglə rənglənmiş cinsi orqan təsvir olunanı daha seksual hesab edib, nəinki qırmız rəngdə olanı.

 

Belə çıxır ki, insan övladı öz tarixi yaddaşını itirib.

 

Buna bir neçə izah vermək olar. Bunlardan ən sadəsi kimi qırmızı rəngin öz mahiyyətini itirməsini göstərmək olar. Bu halda demək olar ki, qadınlar qırmızı rəngi inersiya ilə istifadə edirlər. Başqa tərəfdən qırmızı rəngin həm də bir təhlükə simvolu olması reallığı da var. Kişi nail olmaq istədiyinə çatmaq üçün müəyyən təhlükələrdən keçməlidir ki, mükafatlansın.

 

Amma araşdırma aparan alimlər əldə etdikləri nəticələri şərh etməyiblər. Onlar yalnız qırmızı rəngin yox, bütün rənglərin xüsusiyyətlərinin daha incə və dəqiq araşdırılmasına ehtiyac olduğunu bildiriblər.

(səs: 2)
Şərhlər: 6
Baxılıb: 4 365
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri